Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Baş mütəxəssisi/Eksperti

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Baş mütəxəssisi/Eksperti

Unibank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    15 may 2026

  • Bitmə tarixi

    15 iyun 2026

Təsvir

• Bölməyə daxil olan sorğuların təhlil edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi;

• Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi;

• Mövcud risklərin müəyyən edilməsi və mitigasiya planlarının təklif olunması;

• Mövcud fraud nəzarət sistemlərinin təkmilləşdirilməsi və test proseslərində iştirak;

• Təkrarlanan halların qarşısının alınması üçün effektiv həll yollarının təqdim edilməsi;

• Bölmənin səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması;

• Daxili prosedur, təlimat və siyasətlərin təkmilləşdirilməsi prosesində iştirak;

• Rəqəmsal dələduzluq hadisələrinin araşdırılmasına dəstək göstərilməsi, saxtakarlıq sxemlərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün müvafiq təkliflərin verilməsi;

• Trendlərin izlənilməsi, sxemlərin müəyyənləşdirilməsi və potensial saxtakarlıq hallarının proqnozlaşdırılması məqsədilə analitik alətlərdən istifadə;

• Playbook-ların hazırlanması;

• Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

• Erkən xəbərdarlıq sistemlərinin qurulması;

• Əsas risk indikatorlarının hazırlanması.

Tələblər

• Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr dərəcəsi;

• Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi;

• Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər;

• SQL (Oracle) üzrə biliklər;

• Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;

• Hüquqi və texniki sənədlərlə işləmək təcrübəsi;

• İngilis dili — texniki terminologiya səviyyəsində, rus dili biliyi isə arzuolunandır;

• Güclü analitik düşüncə qabiliyyəti, məxfi məlumatlarla işləmək bacarığı, yüksək məsuliyyət və etibarlılıq;

• Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Baş mütəxəssisi/Eksperti vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox