Bakı, Əhməd Rəcəbli
Digər
700 - 1800 AZN
Bonus sistemiTam-ştat
Bakalavr
01 oktyabr 2026
31 oktyabr 2026
Şirkət haqqında:
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Restoran, kafe, gözəllik salonu, klinika, otel və digər bizneslər PeakPin-də öz profilini yaradır və yaxınlıqdakı müştərilərə kampaniya və tədbirlərini göstərir. Yeni yaradılan Korporativ müştərilərə xidmət şöbəmizə Bakıda və bölgələrdə tərəfdaş məkanlarımızla işləyəcək mütəxəssislər axtarırıq.
(BAKI ŞƏHƏRİ ÜZRƏ YALNIZ XANIM NAMİZƏDLƏRİN CV-LƏRİNƏ BAXILIR)
Vəzifə öhdəlikləri:
- Təhkim olunduğunuz zonada yeni qoşulan məkanlarla 24 saat ərzində əlaqə saxlamaq;
- Məkan profilinin (foto, iş saatları, xəritədə yer, kateqoriya) düzgün tamamlanmasına kömək etmək;
- Məkan sahiblərinə tətbiqin imkanlarını (kampaniyalar, tədbirlər, PinBox, növbə, statistika) izah etmək və ilk kampaniyanı birlikdə qurmaq;
- Başlanğıc pulsuz dövr bitməzdən əvvəl məkan sahibi ilə nəticələri müzakirə etmək və abunəyə keçidə dəstək olmaq;
- Tərəfdaşlarla müntəzəm əlaqə saxlamaq, onların məmnuniyyətini və abunənin yenilənməsini izləmək;
- Lazım olduqda məkanlara səfər etmək (təqdimat, quraşdırmaya kömək);
- Bütün əlaqə və görüşləri daxili portalda qeyd etmək.
Tələblər:
- Azərbaycan dilində səlis və inandırıcı nitq, rus dili üstünlükdür;
- Biznes sahibləri ilə peşəkar və hörmətli ünsiyyət qura bilmək;
- Müştəri xidmətləri, korporativ müştərilərlə iş və ya hesab idarəçiliyi sahəsində təcrübə üstünlükdür;
- Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
- Nəticəyə yönəlik, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Bölgə vakansiyaları üçün: həmin bölgədə yaşamaq və bölgəni yaxşı tanımaq; sürücülük vəsiqəsi üstünlükdür.
Təminatlar və iş şəraiti:
- Rəsmi əmək müqaviləsi və sosial sığorta;
- Əməkhaqqı: 700 AZN (başlanğıc) + abunəyə keçən və qalan hər tərəfdaş məkana görə aylıq bonus;
- Yeni şöbədə ilk komanda olmaq — rəhbər vəzifələrə yüksəlmək üçün real imkan;
- İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət.
İş yeri:
- Bakı (10 vakansiya): Bakı ş., Ofis , hər əməkdaşa bir zona;
- Bölgələr (15 vakansiya): Sumqayıt, Şamaxı, Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Gəncə–Göygöl, Masallı, Lənkəran, Astara, Lerik — əməkdaş öz bölgəsində işləyir, ofisə gəlmək tələb olunmur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.
Müraciət et
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.