Pul vəsaitlərinin idarə edilməsi üzrə mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Pul vəsaitlərinin idarə edilməsi üzrə mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Unibank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    03 may 2026

  • Bitmə tarixi

    03 iyun 2026

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ bankçılıq üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Təsvir

· Korporativ müştərilərin gündəlik pul axınlarının idarə olunması, monitorinqi və təhlili;

· Müştərilərin əməliyyat ehtiyaclarına uyğun qeyri-kredit məhsullar üzrə məsləhətlərin verilməsi və fərdi həllərin hazırlanaraq tətbiq edilməsi

· Aşkarlanmış tendensiyalar və risklər barədə mütəmadi olaraq müştəri menecerlərinə məlumat verilməsi;

· Müştərilərin hesab aktivliyinin artırılması və xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi üçün təkliflərin hazırlanması ;

· Müştərilərin pul axınlarında yaranan kəsirlərin (cash gap) müəyyən edilməsi və qısa müddətli maliyyələşmə alətlərinə (overdraft, qısamüddətli kreditlər və s.) potensial ehtiyacın təhlili;

· Valyuta risklərinin və digər maliyyə risklərinin müəyyən edilməsi, müvafiq hedcinq (hedging) alətləri üzrə təkliflərin hazırlanması;

· Müştərilərin müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına riayət etməsinin monitorinqi;

· Ödəniş sistemlərinin (daxili və beynəlxalq köçürmələr, SWIFT və s.) effektiv istifadəsinin təmin edilməsi;

· Müştərilərin hesabları üzrə dövriyyələrin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;

· Mövcud müştəri bazasının inkişaf etdirilməsi;

· Zəruri hesabatların hazırlanması.

Tələblər

· Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr);

· Bank sektorunda, xüsusilə əməliyyatlar, hesablar və ya ödənişlər sahəsində minimum 1–3 il iş təcrübəsi (müştəri xidməti və ya korporativ müştərilərlə iş təcrübəsi üstünlük hesab olunur);

· Ödəniş sistemləri (yerli və beynəlxalq köçürmələr, SWIFT və s.) haqqında anlayış;

· Maliyyə təhlili və müştəri davranışlarının analizi üzrə əsas biliklər;

· AMLvə daxili nəzarət prosedurları barədə ümumi məlumat;

· Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;

· Hesab dövriyyələrinin təhlili və hesabatların hazırlanması sahəsində praktiki təcrübə;

· Yüksək ünsiyyət və təqdimat bacarıqları, detallara diqqət və məsuliyyətlilik;

· Rus dili və ingilis dilli biliyi  arzuolunandır.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox