G

Pərakəndə satışlar üzrə mütəxəssis

Gilan Tekstil Park

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Pərakəndə satışlar üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 2738

Pərakəndə satışlar üzrə mütəxəssis vakansiyaları

Pərakəndə satışlar üzrə mütəxəssis vakansiyaları

24 Avqust 2020

Elan tarixi

23 Sentyabr 2020

Bitmə tarixi

1096

Baxılıb

İş məlumatları

Sumqayıt

Şəhər

3 ildən 5 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Satış

Sahə

İş barədə məlumat

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: Pərakəndə satışlar üzrə mütəxəssis

DEPARTAMENT/ŞÖBƏ: Kommersiya
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• İstehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasının təşkil edilməsi;
• Cəmiyyətin istehsal etdiyi məhsulların bilavasitə satışında iştirak edilməsi və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin edilməsi;
• Satışın həyata keçirilməsi zamanı müqavilələri və digər müvafiq sənədlərin hazırlanmasının təşkil edilməsi və buna görə məsuliyyət daşınması;
• Təyin olunmuş ərazi/bazar seqmenti daxilində hazırkı və gələcək müştərilər ilə əlaqələrin qurulması, inkişafı və saxlanılması;
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkili;
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrinin tədqiq olunması;
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflərin hazırlanması;
• Müştərilərin problemləri və şikayətlərinin həllinin tezləşdirilməsi;
• Marketinq, mühasibat, logistika və texniki dəstək qrupları ilə satış səylərinin əlaqələndirilməsi;
• Ərazi/bazar imkanlarının analiz edilməsi, cari və perspektiv müştərilərin şirkət daxilində dəyərinin təhlil edilməsi;
• Faydaların müəyyənləşdirilməsi və şirkətin məhsullarının/xidmətlərinin müqayisə edilməsi;

NamİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi (bizness, marketinq və s.oxşar sahələr üzrə);
• Qeyri qida məhsullarının şəbəkə marketlərdə satışı sahəsində min 3 il təcrübəsi
• Retail qruplarda işgüzar əlaqələr
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI

Həftə ərzində 5 günlük iş qrafiki.

• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 2738

Pərakəndə satışlar üzrə mütəxəssis vakansiyaları

Pərakəndə satışlar üzrə mütəxəssis vakansiyaları

24 Avqust 2020

Elan tarixi

23 Sentyabr 2020

Bitmə tarixi

1096

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"