Vakansiya haqqında
Təsvir
- Onlayn kredit sifarişlərinin qəbul edilməsi;
- Sifarişlərin bankın daxili prosedur və qaydalarına uyğun təhlil edib, kredit mütəxəssisinə yönləndirilməsi;
- Potensial müştərilərin müəyyən edilməsi və onlara uyğun təkliflər təqdim etmək üçün müştəri bazasının təhlil edilməsi;
- Müştərinin kredit şərtlərinə, ödəniş qaydasına və s. dair sualların cavablandırılması;
- Müştəri ilə satış danışıqlarının aparılması və etirazlarının idarə edilməsi;
- Müəyyən edilmiş satış hədəflərinə nail olmaq üçün fərdi və komanda üzrə satış planlarının icrası;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qorunması, keyfiyyətli xidmətin göstərilməsi və əlavə satış imkanlarının dəyərləndirilməsi.
Tələblər
- Ali iqtisadi və ya texniki təhsil;
- Satış və ya müştəri xidməti sahəsində təcrübə;
- Bank məhsulları və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
- Mükəmməl ünsiyyət bacarığı;
- Nəticəyönümlülük və hədəflərə nail olmaq bacarığı;
- Stressədavamlılıq;
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!