PREMİUM Yeni

Satış təmsilçisi

31 oktyabr 2026 178 baxış

  • Maaş 600 - 800 AZN +Bonus (KPI-lərə görə)
  • İş rejimi Tam-ştat
  • Təhsil Vacib deyil
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 05 dekabr 2026 35 gün qalıb
  • Ünvan Bakı, 28 May Af Business House

Vakansiya haqqında

Global Olympiad Center beynəlxalq olimpiada, yarış, təhsil proqramları və akademik layihələrin təşkili sahəsində fəaliyyət göstərən peşəkar təhsil qurumudur. Hazırda komandamıza aktiv satış edə bilən, yeni müştərilər cəlb edən, müraciətləri qeydiyyata çevirən və müştəri ilə prosesi A-dan Z-yə qədər idarə edə biləcək Satış və Qeydiyyat üzrə Mütəxəssis axtarırıq.

Bu vəzifə yalnız daxil olan zəng və mesajların cavablandırılması ilə məhdudlaşmır. Namizəd aktiv şəkildə yeni müştərilər tapmalı, yeni satış kanalları araşdırmalı, müştəri bazası formalaşdırmalı və qeydiyyat prosesinin tam tamamlanmasına qədər müştəri ilə əlaqəni davam etdirməlidir.

Əsas vəzifə öhdəlikləri

  • Yeni müştərilərin tapılması və şirkətə cəlb edilməsi;
  • Yeni müştəri bazasının yaradılması və mövcud bazanın genişləndirilməsi;
  • Yeni satış kanallarının araşdırılması və potensial əməkdaşlıq imkanlarının müəyyən edilməsi;
  • Məktəblər, müəllimlər, valideyn qrupları, kurslar və digər potensial tərəfdaşlarla əlaqə imkanlarının tapılması;
  • Telefon, WhatsApp, sosial media, sayt, reklam və digər kanallar üzərindən gələn müraciətlərin cavablandırılması;
  • Valideyn və şagirdlərə GOC-un olimpiada, yarış, tədris və beynəlxalq proqramları haqqında düzgün və ətraflı məlumat verilməsi;
  • Müraciət edən şəxslərin qeydiyyata yönləndirilməsi və satış prosesinin tamamlanması;
  • Müştəri ilə ilk əlaqədən ödəniş və qeydiyyatın tamamlanmasına qədər bütün prosesin izlənilməsi;
  • Qeydiyyat forması, ödəniş, sənəd və digər mərhələlər üzrə müştəriyə dəstək göstərilməsi;
  • Qeydiyyatı yarımçıq qalan müştərilərlə təkrar əlaqə saxlanılması;
  • Potensial müştərilərlə mütəmadi follow-up aparılması;
  • Gələn problemli müraciətlərin cavablandırılması və ilkin həll yolunun təqdim edilməsi;
  • Həlli mümkün olmayan müraciətlərin rəhbərliyə vaxtında yönləndirilməsi;
  • Müştərinin sual, etiraz və tərəddüdlərinə peşəkar şəkildə cavab verilməsi;
  • Gündəlik müraciət, zəng, satış və qeydiyyat hesabatlarının hazırlanması;
  • Aylıq satış hədəflərinə və KPI göstəricilərinə uyğun fəaliyyət göstərilməsi;
  • Şirkətin satış skriptlərinə, kommunikasiya qaydalarına və daxili prosedurlarına riayət edilməsi;
  • Rəhbərlik tərəfindən verilən satış, qeydiyyat və müştəri əlaqələri ilə bağlı digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər

  • Satış və müştəri xidməti sahəsində təcrübə;
  • Aktiv satış və yeni müştəri cəlbi üzrə bacarıq;
  • Telefon, WhatsApp və sosial media üzərindən satış aparmaq bacarığı;
  • Müştəri ilə peşəkar, inandırıcı və nəticəyönümlü ünsiyyət qurmaq qabiliyyəti;
  • Problemli müraciətləri düzgün idarə etmək və həll yönümlü yanaşmaq;
  • Qeydiyyat və satış prosesini sona qədər izləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı, çevik və nəticəyə fokuslanmış olmaq;
  • Gündəlik hesabat təqdim etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Kompüter və ofis proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dili mütləqdir;
  • Rus və ingilis dili bilikləri üstünlükdür;
  • Təhsil, kurs, olimpiada və ya xidmət satışı sahəsində təcrübə üstünlük hesab olunur.

İş qrafiki

  • I–V günlər: 10:00–18:00
  • VI gün: 10:00–17:00
  • Bazar günü: istirahət günü

Əmək haqqı

  • Başlanğıc əmək haqqı: 600–800 AZN
  • 3 aylıq sınaq müddətindən sonra əməkdaşın nəticələrinə əsasən KPI və satış bonusları tətbiq olunacaq.

    Şirkət nə təklif edir?

  • Stabil və inkişaf edən təhsil şirkətində iş imkanı;
  • Beynəlxalq layihələr və olimpiadalarla işləmək təcrübəsi;
  • Satış nəticələrinə əsaslanan əlavə gəlir imkanı;
  • Peşəkar və dinamik komanda mühiti;
  • Karyera inkişafı perspektivi.
  • Vacib qeyd

    Bu vəzifə yalnız daxil olan müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Satış və Qeydiyyat üzrə Mütəxəssis aktiv şəkildə yeni müştərilər cəlb etməli, yeni satış kanalları araşdırmalı, müştəri bazası yaratmalı, müraciətləri satışa çevirməli və qeydiyyat prosesinin tam tamamlanmasına qədər müştəri ilə əlaqəni davam etdirməlidir.

    Maraqlanan namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər:
    general.manager@goc.edu.az
    CV göndərilərkən e-mailin mövzu/subject hissəsində mütləq aşağıdakı başlıq qeyd olunmalıdır:
    GOC Satış və Qeydiyyat üzrə Mütəxəssis

    Qeyd: Mövzu/subject hissəsində yuxarıdakı başlıq düzgün qeyd olunmadığı halda CV-lərə baxılmaya bilər.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Satış təmsilçisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ