Vakansiya haqqında
Vəzifə öhdəlikləri
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı – 800 AZN (ilkin olaraq)
Namizədə tələblər
• Yaş: 30-40
• Cinsi: qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)
Web Səhifə : www.mintinshaat.az
Maraqlanan namizədlərdən öz CV-lərini ilaha.hasanova@gerlift.az poçt ünvanına, mövzu bölməsində Mühasib yazılmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!