Vakansiya haqqında
🎥 Redmark Marketinq Agentliyinə Middle Videographer axtarırıq!
Redmark olaraq kreativ baxışı olan, video sahəsində təcrübəli olan və karyerasını bir addım irəli daşımaq istəyən Middle Videographer axtarışındayıq.
🔹 Vəzifə öhdəlikləri:
- Sosial media və reklam layihələri üçün video çəkilişlərin həyata keçirilməsi
- Reels, TikTok, YouTube və reklam videolarının montajı
- Təqdimat və reklam çarxlarının videolarının çəkilişi
- Çəkiliş prosesində işıq, kadr və kompozisiyanın düzgün qurulması
- Brendlərin vizual üslubuna uyğun video çəkilişlərin həyata keçirilməsi
🔹 Tələblər:
- Videoqrafiya sahəsində minimum 2 il təcrübə
- Kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı
- CupCut proqramında işləmə bacarığı (Premiere Pro biliyi arzuolunandır)
- Kreativ düşüncə və detallara diqqət
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
- Videoçəkiliş avadanlıqlarının olması üstünlükdür
🔹 Biz nə təklif edirik:
- Kreativ və dinamik iş mühiti
- Real layihələr və tanınmış brendlərlə çalışma imkanı
- Peşəkar inkişaf və portfolio genişləndirmə
- Gözəl və təmiz ofis
- Rəqabətədavamlı əmək haqqı
İş forması:
- Həftə içi 5 gün
- 9:30 - 18:30
- Nahar fasiləsi: 13:30 - 14:30
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!