Vakansiya haqqında
2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda 10 filiala sahib “Əjdaha” MMC Marketinq təcrübəçi vakansiyasını açıq elan edir.
Vəzifə Öhdəlikləri:
• Filialların satışının artması istiqamətində fəaliyyət göstərmək
• Rəsmi saytın və sosial şəbəkələrin idarə olunmasında dəstək;
• Xəbərlərin, fikirlərin və rəylərin yayılması üçün bütün sosial media platformalarını izləmək;
• Marketinq tədbirlərinin planlaşdırılmasına və keçirilməsinə köməklik etmək;
• Marketinq tədqiqatlarının təşkilinə dəstək.
Tələblər:
• Marketinq / iqtisadiyyat sahələrində ali təhsil və ya sonuncu kurs tələbəsi ;
• Adaptasiya və tez öyrənmək bacarığı Kreativ düşünmə bacarığı ;
• Marketinq və onlayn marketinq üzrə ümumi anlayış ;
• Rus və İngilis dili biliyi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
• Uğurlu namizədə iş təklifi imkanı
Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Marketinq təcrübəçi” başlığı ilə qeyd edərək applicants@ajdaha.az göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!