Vakansiya haqqında
Təsvir
- Bankın 3 illik Strateji Planının hazırlanmasına rəhbərlik edir, strateji prioritetləri və əsas təşəbbüsləri müəyyən edir;
- İllik biznes planın hazırlanması cədvəlinin, metodologiyasının və bloklararası koordinasiyasının təşkilini təmin edir, yekun sənədi Rəhbərliyə təqdim edir;
- Funksional KPI çərçivələrinin (Korporativ, Blok, Departament səviyyələrində) hazırlanmasına və illik yenilənməsinə rəhbərlik edir, KPI-ların strateji hədəflərlə uyğunluğunu təsdiqləyir;
- Strateji təşəbbüslər üzrə biznes case, iqtisadi əsaslandırma və maliyyə modelləşdirməsinin keyfiyyətinə nəzarət edir, yekun qərar üçün Rəhbərliyə təqdim edir;
- Strategiyanın icrası üzrə rüblük monitorinq hesabatlarının (KPI icra faizi, kənarlaşmalar, risk amilləri) hazırlanmasını təmin edir və təqdim edir;
- İdarə Heyəti və Müşahidə Şurası üçün strateji materialların (illik strategiya icmalı, rüblük performans hesabatları, xüsusi mövzular üzrə memo və prezentasiyalar) hazırlanmasını təmin edir və şəxsən təqdim edir;
- Şöbə əməkdaşları arasında iş bölgüsünü aparır, hər əməkdaşın illik hədəflərini (fərdi KPI) müəyyən edir və performansını rəsmi qiymətləndirmə dövrləri üzrə qiymətləndirir;
- Strateji idarəetmə metodologiyalarının (Balanced Scorecard, OKR və s.) bank daxilində tətbiqi üçün daxili prosedur və normativ sənədlərin hazırlanmasına və yenilənməsinə rəhbərlik edir.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil; magistr dərəcəsi və xaricdə təhsil üstünlükdür;
- Bank və ya maliyyə sektorunda minimum 5–7 il müvafiq iş təcrübəsi, o cümlədən minimum 2 il komanda idarəetməsi/rəhbərlik təcrübəsi;
- Korporativ strategiya, strateji planlaşdırma və dəyər yaradılması modelləri üzrə dərin biliklər;
- İllik biznes planlaşdırma prosesinin idarə edilməsi üzrə təcrübə;
- Strateji təşəbbüslərin iqtisadi əsaslandırılması və qiymətləndirilməsi bacarığı;
- KPI çərçivələrinin qurulması və strategiyanın icrasının monitorinqi üzrə təcrübə;
- İdarə Heyəti və Müşahidə Şurası səviyyəsində hesabatların və təqdimatların hazırlanması bacarığı;
- Komandanın formalaşdırılması, iş bölgüsünün təşkili və əməkdaşların performansının idarə edilməsi bacarığı;
- Güclü liderlik, strateji düşüncə və qərarvermə qabiliyyəti;
- Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Yüksək səviyyəli ünsiyyət, danışıqlar aparmaq və komandalararası koordinasiya bacarığı;
- İngilis dili biliyi mütləqdir;
- CFA Level I/II, FMVA və ya PMP sertifikatlarının olması üstünlükdür.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!