Vakansiya haqqında
Sabah Group MMC şirkəti
Analar və yeni doğulmuş körpələr üçün məhsulların (əmzik, butulka, kremlər və s.)
satışının həyata keçirilməsi üçün korporativ satış üzrə mütəxəssis vakansiyası elan edir.
Vəzifələr:
1 Satışların artırılması, bacarıqların və məhsul haqqında biliklərin inkişaf etdirilməsi yolu ilə sərfəli nəticələrin əldə edilməsi.
2 Satışların idarə edilməsi, performans hesabatı yaratmaq, proseslərin
optimallaşdırılması.
3 Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətinin inkişaf edə biləcəyi bir mühitin yaradılması.
4 Bütün növ satışların korporativ qaydalara uyğun olduğuna nəzarət etmək.
5 Bazar araşdırması, rəqiblərin və müştərilərin təhlilini aparmaq.
6 Aksiyalarda, promosyonlarda iştirak etmək.
7 Satış sahələrində məhsulların merçandayzinqini həyata keçirmək
İş rejimi : həftənin 5 günü, saat 10:00 – 19:00
Əmək haqqı: İlkin olaraq 600-800 AZN, sınaq müddətindən sonra isə satışdan bonus
Məhsulların spesifikliyini nəzərə alaraq xanım namizədlərə və analıq təcrübəsi olanlara üstünlük veriləcək.
Maraqlanan namizədlər CV-lərini recruitment@sabah-group.com e-poçt ünvanına "Korporativ satış üzrə mütəxəssis" adı ilə göndərməlidirlər.
Namizədə tələblər:- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
- Təşkilat və planlaşdırma
- Problemlərin təhlili və onların həlli
- İnformasiyanın idarə edilməsi
- Təqdimatların hazırlanması
- İnandırıcı olmaq
- Korporativ satışda ən az 1 il təcrübəsi olmalı
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!