Korporativ satış üzrə Mütəxəssis

Korporativ satış üzrə Mütəxəssis

Selection Gallery
  • Şəhər

    Bakı, Jeyhun Hajibeyli 181

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    500 - 1000 AZN

    satışdan bonus 1-2%
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    05 oktyabr 2026

  • Bitmə tarixi

    04 noyabr 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Vəzifə öhdəlikləri:

  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi;
  • Korporativ müştərilərin, dizaynerlərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
  • Şirkətlər ilə görüşlər keçirilməsi, şirkət məhsulları ilə bağlı təqdimatların aparılması, bazardakı yeni layihələr haqqında məlumatların toplanması;
  • Şirkətin yenilikləri barədə müştərilərin davamlı olaraq məlumatlandırılması;
  • Şirkət rəhbərləri və top-menecerlərlə ilkin əlaqələrin qurulması
  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • 22-40 yaş həddi;
  • Minimum 2 il korporativ satış sahəsində iş təcrübəsi  olmalı;
  • Kollektivlə işləməyi bacarmalı;
  • Korporativ satışın texnikalarını üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılması bacarıqlarının olması;
  • MS Office proqramları biliyi;

Üstünlük veriləcək

  • Hazır korporativ müştəri bazası olan namizədlərə
  • Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara
  • B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara
  • Aktiv networking bacarığı olanlara
  • Biznes tədbirlərində və forumlarda iştirak təcrübəsi olanlara
  • Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış təmsilçisi”sözlərini qeyd edərək info@selection.az e-ünvanına göndərsinlər. 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox