Vakansiya haqqında
Təsvir
- Sahədə icra olunan bütün tikinti və montaj işlərinin layihə sənədlərinə, texniki şərtlərə və normativlərə uyğunluğunu təmin etmək
- Tikinti işlərinin keyfiyyətinə nəzarət etmək və aşkar edilən uyğunsuzluqları dərhal aradan qaldırmaq üçün tədbirlər görmək;
- Tikinti və montaj işlərinin layihə həllərinə və texniki şərtlərə uyğun icrasına nəzarət etmək, texniki risklərin qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Dövlət standartlarının, tikinti normalarının və texniki qaydaların tətbiqinə nəzarət etmək, layihə-smeta sənədlərinin düzgünlüyünü və aktuallığını yoxlamaq;
- İcra olunan işlərin gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq;
- İnşaat prosesində istifadə olunan konstruksiya elementlərinin və texnologiyaların keyfiyyətinə nəzarət etmək;
- Podratçı və subpodratçı təşkilatlarla işlərin koordinasiyasını aparmaq, texniki məsələlərin həllini təmin etmək;
- Layihələrdə müasir texnologiyaların və materialların istifadəsini təşviq etmək, texniki proseslərin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- İşlərin icrasında digər struktur bölmələri (mexanika, elektrik, memarlıq və s.) ilə koordinasiyanı təmin etmək;
- Texniki risklərin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Tikinti prosesində qarşıya çıxan problemlərin operativ və effektiv həllini təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Dil bilikləri: Rus dili, İngilis dili;
- Yüksək kommunikasiya bacarığı, komanda yönümlü çalışma, məlumatların idarə edilməsi;
- Proqram bilikləri; Autocad, Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı, LİRA, SAP2000, ETABS, TEKLA üzrə biliklərin olması arzu olunandır.
- Tikinti-quraşdırma işlərinin aparılmasında qüvvədə olan dövlət normativləri (AzDTN, SNİP, EN, ISO və s.), texniki qaydalar və beynəlxalq standartlar üzrə geniş biliklər;
- Layihə və işçi cizgilərin oxunması, analiz edilməsi və uyğunluğunun qiymətləndirilməsi bacarığı;
- Tikinti prosesinə aid aktlar, protokollar, hesabatlar və texniki sənədlərin hazırlanması üzrə praktiki bacarıqlar;
- İnşaat materiallarının texniki göstəriciləri, dayanıqlığı və uyğunluğunu qiymətləndirmək bacarığı;
- Müasir tikinti texnologiyaları və texniki proseslər haqqında praktik bilik;
- Layihə-smeta sənədlərinin oxunması və texniki uyğunluğunun yoxlanılması üzrə bacarıq;
- Konstruktiv iş həcmlərinin hesablanması, material sərfiyyatı və texniki spesifikasiyaların hazırlanması üzrə biliklər;
- Tikinti-quraşdırma işlərinin planlaşdırılması, icrası və koordinasiyasına nəzarət etmə bacarığı;
- Texniki risklərin analizi və keyfiyyətə nəzarət metodologiyaları üzrə bilik;
- Tikinti layihələrinin texniki ekspertiza və təhvil-təslim prosedurlarına dair məlumatlılıq;
- Mühəndislik problemlərinin analizi, texniki optimallaşdırma və operativ qərarvermə bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!