Vakansiya haqqında
Təsvir
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək;
- Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək;
- Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək;
- Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq;
- Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!