Vakansiya haqqında
İş haqqında:
Nuctech şirkəti x-ray cihazları istehsal edən şirkətdir. Şirkətin Azərbaycanda əsas fəaliyyət istiqaməti bu sahə üzrə servis xidməti göstərməkdir.
• Ehtiyac olduqda rayonlara və ya şəhər daxilində yerləşən cihazların təmirinə getmək
• Səfərlər uzunmüddətli (15 günə qədər) ola bilər
• Müsahibənin nəticəsinə əsasən aeroportda və ya ofisdə fəaliyyət göstərmək mümkündür
• İş zamanla öyrədiləcəyi üçün işi öyrənməyə həvəsli namizədlər axtarılır
Tələblər:
• İngilis dilini rahat danışa və anlaya biləcək səviyyədə bilmək
• Sürücülük vəsiqəsinin olması, uzun məsafələrə və şəhər daxilində avtomobil sürməyi bacarmaq
• Minimum səviyyədə texniki biliklərin olması
•Komputer təmiri biliyi olan şəxslər digər şərtləri qarşılamasa belə müraciət edə bilər
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!