Vakansiya haqqında
AMASS MMC fasad işlərinin icrası üzrə fəaliyyət göstərən komandamıza peşəkar və məsuliyyətli Sahə Mühəndisi axtarır.
Namizədə dair tələblər:
-
Ali texniki və ya mühəndislik təhsili;
-
Tikinti sahəsində sahə mühəndisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
-
Fasad sistemləri və fasad işlərinin icrası üzrə təcrübə;
-
Tikinti çertyojlarını və texniki layihələri oxumaq bacarığı;
-
Tikinti texnologiyaları, materiallar və iş ardıcıllığı barədə biliklər;
-
Komanda ilə işləmək, işçiləri koordinasiya etmək və operativ qərarlar qəbul etmək bacarığı;
-
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
-
AutoCAD biliyi.
Vəzifə öhdəlikləri:
-
Fasad işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət etmək;
-
Tikinti sahəsində gündəlik iş prosesini təşkil və koordinasiya etmək;
-
İşlərin keyfiyyətinə, texniki tələblərə və təsdiq edilmiş qrafikə uyğunluğunu təmin etmək;
-
Ustaların və fəhlələrin işinə nəzarət etmək, iş bölgüsünü həyata keçirmək;
-
İstifadə olunan materialların layihəyə və texniki standartlara uyğunluğunu yoxlamaq;
-
Layihə rəhbərliyi, podratçılar və digər aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək;
-
Görülən işlər barədə gündəlik hesabatlar hazırlamaq;
-
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
-
İş prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə Mühəndisi” qeyd etməklə sanam.ismayilova@amass.az ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!