Vakansiya haqqında
Komandamıza Data mühəndisi axtarırıq. Bu şəxs böyük həcmdə məlumat emal edən production data platformamızda kritik ingestion və lakehouse workflow-larını birbaşa özü quracaq və onlara cavabdeh olacaq.
- Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik, riyaziyyat və ya digər texniki ixtisas üzrə ali təhsil
- Data Engineering və ya oxşar sahədə 2 ildən artıq iş təcrübəsi
- SQL bilikləri və relational database-lərlə iş təcrübəsi (üstünlük olaraq Oracle və PostgreSQL)
- Data processing və avtomatlaşdırma tapşırıqları üçün yaxşı Python bilikləri
- PySpark ilə distributed data processing üzrə praktiki təcrübə
- Data pipeline-ların idarə olunması (scheduling, orchestration, monitoring) üçün Apache Airflow ilə iş təcrübəsi
- MinIO (S3-compatible) kimi object storage həlləri və Parquet kimi data formatları ilə tanışlıq
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı, xüsusilə data pipeline-larda troubleshooting
Üstünlük hesab olunur:
- Böyük həcmli data üzərində SQL sorğuları və analiz üçün Impala ilə iş təcrübəsi
- Apache Kafka və event-driven data processing haqqında anlayış
- Debezium və ya Oracle GoldenGate kimi CDC texnologiyaları ilə tanışlıq
- Greenplum və ya digər MPP database-lərlə tanışlıq
- Data modeling, database design və Data Warehouse konsepsiyaları haqqında anlayış
- Docker və Kubernetes kimi containerization texnologiyaları haqqında biliklər
- GitLab və ya digər Git əsaslı version control sistemləri ilə iş təcrübəsi
- CI/CD pipeline-ları və DataOps/DevOps prinsipləri haqqında ilkin biliklər
- Data quality, data security və access control prinsipləri haqqında anlayış
- Agile komandalarda iş təcrübəsi; Data Analyst, Data Scientist və DevOps mütəxəssisləri ilə əməkdaşlıq bacarığı
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
- Müxtəlif mənbələr üçün ETL/ELT pipeline-ların hazırlanması, dəstəklənməsi və optimallaşdırılması
- Data Lake və Data Warehouse həllərinin qurulmasında və dəstəklənməsində iştirak
- Həm batch, həm də streaming rejimində data ingestion və transformasiya proseslərinin dəstəklənməsi
- Data pipeline-ların monitorinqi, yaranan problemlərin araşdırılması və həlli
- Datanın dəqiqliyini, ardıcıllığını və etibarlılığını təmin etmək üçün data quality yoxlamalarının tətbiqi
- Performansı və resurs səmərəliliyini artırmaq üçün SQL sorğularının və data transformasiya proseslərinin optimallaşdırılması
- Data modeling və database design işlərində iştirak
- Biznes tələblərinin reallaşdırılması üçün Data Engineer, Data Analyst, Data Scientist və digər texniki komandalarla əməkdaşlıq
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!