Kiçik Verilənlər Bazasının Administratoru

Kiçik Verilənlər Bazasının Administratoru

PASHA Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Kiçik Verilənlər Bazasının Administratoru vakansiyaları üçün bura daxil olun.

Elan № 5697

Kiçik Verilənlər Bazasının Administratoru vakansiyaları

Kiçik Verilənlər Bazasının Administratoru vakansiyaları

28 Aprel 2021

Elan tarixi

28 May 2021

Bitmə tarixi

2073

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

İş barədə məlumat

Vəzifə: Kiçik Verilənlər Bazasının Administratoru

Blok: Texnologiya
Department: İT Əməliyyatları

Vəzifənin məqsədi

Verilənlər bazasının sistemlərini planlaşdırmaq, həyata keçirmək, dəstəkləmək, inkişaf etdirmək, hazırlamaq və qorumaq. Problemlərin effektiv həllini və verilənlər sisteminin yüksək səviyyədə olmasını təmin etmək.

Vəzifə Öhdəliyi

- Bank sistemi üçün verilənlər bazasının idarə edilməsini icra etmək (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması).
- Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesini yaratmaq.
- Verilənlər bazasının parametrləri üçün optimal dəyərlər hesablayaraq məlumat bazasının fəaliyyətini saxlamaq; xidmət tələblərini tamamlamaq.
- Müxtəlif platformalarda verilənlər bazası üçün saxlama, bərpa, HA prosedurları və funksiyaları hazırlamaq, həyata keçirmək və saxlamaq(Windows, Unix, və s.)
- Patch idarəetmə və verilənlər bazası sistemlərinin işinin dayanması və fəaliyyəti ilə bağlı problemləri həll etmək.
- Rəhbərliyə uzun müddətli planlar, inkişaf və davamlı nəzarət prosesləri ilə bağlı məsləhət vermək.
- Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edilməsi və müzakirələrinin aparılması
- Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərini analiz etməli
- Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırmasını və diaqnostikasının təmin edilməsi. Problemlərin təyin edilməsi. Həll etmə yollarının istifadəçilərlə təsdiq edilməsi və təyinatı üzrə problemlərin həlli. Mühüm problemlər haqda Hadisə və ya Problemlər üzrə Menecerini məlumatlandırmag.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

NamİZƏDƏ TƏLƏBLƏR

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: OCA üzrə sertifikata üstünlük verilir
• Xarici dillər: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: Əlaqəli və əlaqəsiz verilənlər bazaları, Windows və Linux OS;
• Məhsul bilikləri: Oracle, SQL, NoSQL, PostgreSQL üzrə dərin bilik;
• Bazar üzrə bilikləri: SRE və DevOps trendləri.
• Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Yaxşı analitik bacarıqlar.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 24.05.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Junior Database Administrator” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 5697

Kiçik Verilənlər Bazasının Administratoru vakansiyaları

Kiçik Verilənlər Bazasının Administratoru vakansiyaları

28 Aprel 2021

Elan tarixi

28 May 2021

Bitmə tarixi

2073

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"