Vakansiya haqqında
Bu rol platformanın inkişaf strategiyasının formalaşdırılmasını, texniki komandaların ehtiyaclarının müəyyən edilməsini, self-service imkanlarının yaradılmasını və platformanın effektivliyinin müvafiq metriklər əsasında ölçülməsini əhatə edir.
+ ' ' +- İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr təhsili.
- Platform Product Management, Developer Experience (DevEx), Platform Engineering və ya daxili developer platformalarının inkişafı sahəsində bilik və təcrübə.
- Məhsulun inkişaf yol xəritəsinin hazırlanması, tələblərin toplanması, prioritetləşdirmə və backlog idarəetməsi üzrə anlayış.
- Proqram təminatının hazırlanması həyat dövrü (SDLC) və CI/CD prosesləri haqqında yaxşı biliklər.
- Internal Developer Platform (IDP), developer portal-lar, service catalog, golden path və self-service alətləri haqqında anlayış.
- DORA metrikləri, IT maturity, platform adoption və digər mühəndislik göstəricilərini anlamaq və nəticələri təhlil etmək bacarığı.
- API-lər, Git/GitLab, Kubernetes, ArgoCD, Vault və Consul texnologiyaları haqqında ümumi texniki biliklər.
- SQL və analitik məlumatların oxunması və şərh edilməsi üzrə baza bilikləri.
- Texniki tələblərin, user stories və acceptance criteria-ların aydın və strukturlaşdırılmış şəkildə hazırlanması bacarığı.
- İnformasiya təhlükəsizliyi, giriş hüquqlarının idarə edilməsi və platforma etibarlılığı prinsipləri haqqında anlayış.
- Güclü analitik düşünmə, problem həll etmə və ünsiyyət bacarıqları.
- Müxtəlif texniki komandalarla əməkdaşlıq etmək və maraqlı tərəfləri vahid məqsəd ətrafında birləşdirmək bacarığı.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
- DevStage platformasının inkişaf strategiyasını, məhsul yol xəritəsini (roadmap) və prioritetləşdirilmiş iş siyahısını (backlog) formalaşdırmaq və idarə etmək.
- Developer, QA, ITBA, DevOps və digər texniki komandalarla əməkdaşlıq edərək onların ehtiyaclarını müəyyənləşdirmək və platformanın inkişaf istiqamətlərini təyin etmək.
- Platformanın istifadə səviyyəsini və effektivliyini ölçmək üçün müvafiq metrikləri müəyyənləşdirmək, izləmək və nəticələr əsasında qərarlar qəbul etmək.
- Golden Path yanaşmasını və self-service imkanlarını inkişaf etdirmək, texniki komandaların müstəqil və daha səmərəli işləməsini təmin etmək.
- İstifadəçi hekayələri (user stories), texniki tələblər və qəbul meyarları (acceptance criteria) hazırlamaq, texniki alternativləri və kompromisləri qiymətləndirmək.
- Platformanın tətbiqi, istifadəyə verilməsi, sənədləşdirilməsi və texniki komandalar arasında istifadəsinin genişləndirilməsi proseslərini idarə etmək.
- GitLab CI/CD, ArgoCD, Vault, Consul, Jira və məlumat analitikası sistemləri ilə inteqrasiyalar üzrə əlaqələndirməni təmin etmək.
- Platformanın etibarlılığı, keyfiyyəti, təhlükəsizliyi və giriş hüquqlarının idarə olunmasına nəzarət etmək.
- Platforma ilə bağlı insidentlərin və istifadəçi müraciətlərinin izlənilməsini, problemlərin həllini və geribildirimlərin nəzərə alınmasını təmin etmək.
- Platformanın istifadəsini və mühəndislik proseslərinin effektivliyini artırmaq üçün davamlı təkmilləşdirmə təşəbbüsləri həyata keçirmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!