Yeni

Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi

18 noyabr 2026 68 baxış

Vakansiya haqqında

Təsvir

  • Cisco WLC platforması üzərində simsiz şəbəkə infrastrukturunun (WLAN) mərkəzləşdirilmiş konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
  • Cisco ISE platforması əsasında şəbəkəyə giriş nəzarəti (NAC) mexanizmlərinin, 802.1X autentifikasiya siyasətlərinin və rol əsaslı avtorizasiya qaydalarının tətbiqi və idarə edilməsi;
  • Cisco CUCM (Unified Communications Manager) platforması üzərində korporativ IP telefoniya infrastrukturunun konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
  • Firewall avadanlıqları üzərində korporativ təhlükəsizlik siyasətlərinin, trafik filtrləmə qaydalarının və zona əsaslı seqmentasiyanın (Zone-Based Security) tətbiqi, davamlı saxlanması və müntəzəm baxışının (review) həyata keçirilməsi;
  • Şəbəkə infrastrukturu avadanlıqlarının (WLC, ISE, CUCM, Firewall, Router, Switch və s.) proqram təminatının istehsalçı tərəfindən tövsiyə olunan ən son stabil versiyalara uyğun müntəzəm yenilənməsinin (firmware/software upgrade) planlaşdırılması və həyata keçirilməsi;
  • Şəbəkə infrastrukturuna aid IT aktivlərin konfiqurasiya ehtiyat nüsxələrinin (backup) dövri alınması, saxlanılması və bütövlüyünün yoxlanılmasının təmin edilməsi;
  • Şəbəkə monitorinq alətlərindən istifadə etməklə şəbəkə infrastrukturunun davamlılığının izlənməsi, performans göstəricilərinin sistematik təhlili və şöbə rəhbərinə hesabatların təqdim edilməsi;
  • İnsident və problem idarəetməsi (Incident & Problem Management) prosesləri çərçivəsində kök-səbəb analizinin (RCA) aparılması və profilaktik tədbirlərin tətbiqi;
  • Dəyişiklik idarəetməsi (Change Management) prosedurlarına uyğun olaraq şəbəkə konfiqurasiya dəyişikliklərinin planlaşdırılması, tətbiqi və sənədləşdirilməsi;
  • Şəbəkə infrastrukturunun (LAN, WAN, WLAN, IP telefoniya və s.) performans göstəricilərinin təhlili əsasında zəif nöqtələrin aşkar edilməsi və optimallaşdırma tədbirlərinin tətbiqi;
  • Şəbəkə infrastrukturuna dair aktual topologiya sxemlərinin, diagramlarının, IP ünvanlama cədvəllərinin və digər texniki sənədlərinin müntəzəm yenilənməsi və saxlanması;
  • Xidmət təminatçıları və müqavilə əsasında xidmət göstərilən tərəflərlə texniki əməkdaşlığın aparılması, müəyyən edilmiş xidmət səviyyəsi müqavilələri (SLA) üzrə öhdəliklərin izlənməsi və yerinə yetirilməsinin təmin edilməsi;
  • Şəbəkə infrastrukturu üzrə daxil olan müraciətlərin qəbul edilməsi, müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və texniki dəstəyin göstərilməsi;
  • Bilavasitə rəhbərlik tərəfindən şəbəkə infrastrukturu fəaliyyəti çərçivəsində həvalə edilən digər tapşırıqların icrası
  • İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Şəbəkə infrastruktur üzrə minimum 2 il iş təcrübəsi;
  • Routing və Switching texnologiyaları üzrə bilik və bacarıq;
  • Cisco ISE, WLC və CUCM platformaları üzrə bilik və bacarıq;
  • Palo Alto Firewall idarəçiliyi üzrə bilik və bacarıq;
  • Şəbəkə monitorinq alətləri (Solarwinds, Zabbix və s.) ilə iş bacarığı;
  • ITSM alətləri (Jira, ServiceNow və s.) üzrə təcrübə;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Müasir SDN (Software-Defined Networking) həlləri üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı),


Sertifikatlar:


  • Cisco Certified Network Associate (CCNA) sertifikatının olması;
  • CCNP Enterprise sertifikatının olması üstünlükdür;
  • Palo Alto Networks Certified Network Security Professional sertifikatının olması üstünlükdür;
  • Implementing Cisco Catalyst SD-WAN Solutions sertifikatının olması arzuolunandır.



İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)



İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Azərbaycan Hava Yolları — Şəbəkə administratoru vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyası üzrə iş yeri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. Elanda uzaqdan iş haqqında məlumat verilməyib.

Son müraciət tarixi nədir?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasına müraciət üçün son tarix 18 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi ilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasında şəbəkə infrastrukturu üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasında namizəddən Routing və Switching, Cisco ISE, WLC və CUCM, Palo Alto Firewall idarəçiliyi, monitorinq alətləri (Solarwinds, Zabbix) və ITSM alətləri (Jira, ServiceNow) üzrə bilik, həmçinin analitik düşünmə və komanda ilə işləmə bacarığı tələb olunur. Azərbaycan dili yüksək, ingilis dili yaxşı səviyyədə bilinməli, CCNA sertifikatı olmalıdır.

Təhsil tələbi varmı?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasında ali (bakalavr) təhsil tələb olunur.

İş qrafiki necədir?

Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasında iş həftə içi beş gün, saat 09:00-18:00 arasındadır. Bu vakansiyada 2 gün istirahət nəzərdə tutulub.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, Azərbaycan Hava Yollarının şəbəkə administratoru vakansiyasında ən azı 2 il iş təcrübəsi tələb olunur.

Gələcək Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

8

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ