Kiçik şəbəkə inzibatçısı

Kiçik şəbəkə inzibatçısı

Azər-Türk Bank ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 noyabr 2023

  • Bitmə tarixi

    02 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Şəbəkə inzibatçısı vakansiyaları üçün bura keçid edin!

“Azər-Türk Bank” ASC İnformasiya Texnologiyaları Departamentinin İnformasiya sistemlərinin idarə olunması şöbəsində kiçik şəbəkə inzibatçısı (junior network administrator) vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

• Bankın Baş ofis və filiallarında informasiya mübadiləsinin təşkili və optimalaşdırılması;

• Lokal və qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək;

• Lokal və qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;

• Şəbəkə, həmçinin şəbəkələr arası qarşılıqlı əlaqənin təhlükəsizliyi üçün tədbirlər görmək;

• Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq.

Namizədə tələblər:

• Ali təhsil;

• Bank sahəsində minimum 1 il iş təcrübəsi;

• Azərbaycan dili səlis, ingilis dili biliyi yaxşı səviyyədə olmalı;

• CCNA səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);

• Cisco və digər istehsalçıların şəbəkə avadanlıqları ilə iş təcrübəsi;

• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;

• Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #851596

  • 14624

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox