Vakansiya haqqında
Təsvir
- Müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və analitik emalını həyata keçirmək;
- SQL və PL/SQL vasitəsilə məlumatların əldə edilməsi və mürəkkəb analitik sorğuların hazırlanmasını təmin etmək;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və avtomatlaşdırılmasını həyata keçirmək;
- KPI və əsas biznes göstəricilərinin hesablanması, monitorinqi və təhlilini aparmaq;
- Power BI, Apache Superset və digər BI platformalarında interaktiv dashboard və analitik hesabatlar hazırlamaq, mövcud hesabatları təkmilləşdirmək;
- Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
- Böyük həcmli məlumatlar üzrə kompleks analizlər aparmaq, tendensiyaları və qanunauyğunluqları müəyyən etmək;
- Biznes bölmələrinin hesabat və analitik ehtiyaclarını təhlil edərək müvafiq həllər hazırlamaq;
- Ad-hoc sorğular əsasında operativ analitik hesabatlar hazırlamaq;
- Analitik nəticələri və əsas göstəriciləri aidiyyəti struktur bölmələrə təqdim etmək;
- Data Governance prinsiplərinə uyğun olaraq məlumatların keyfiyyətini, tamlığını və idarəolunmasını təmin etmək;
- Hesabatların metodologiyasını, biznes qaydalarını və məlumat mənbələrini sənədləşdirmək.
Tələblər
- Data analitikası, Business Intelligence və ya əlaqəli sahədə iş təcrübəsi;
- Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Statistika, Riyaziyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
- SQL və PL/SQL üzrə bilik;
- Power BI\Superset və ya digər vizuallaşdırma alətləri ilə işləmək bacarığı;
- Python və ya R vasitəsilə məlumatların təhlili üzrə bilik;
- Data governance haqqında ümumi biliklər
- Məlumatların təmizlənməsi və transformasiyası üzrə anlayış;
- Dashboard, hesabat və analitik göstəricilərin hazırlanması bacarığı;
- Statistik metodlar və analitik yanaşmalar üzrə bilik;
- Böyük həcmli məlumatlarla işləmək və nəticələri düzgün şərh etmək bacarığı;
- JSON, XML və API üzrə anlayış;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
- Bank məlumatları, məhsulları və biznes proseslərinə maraq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!