Vakansiya haqqında
Mikro, kiçik və orta sahibkarlar üçün innovativ tarif paketlərinin, loyallıq proqramlarının və müştəri aktivliyini artıran məhsulların yaradılması və inkişaf etdirilməsi, müştəri bağlılığının gücləndirilməsi, əməliyyat dövriyyəsinin, məhsul gəlirliliyinin və müştərinin həyat dövrü üzrə dəyərinin (Customer Lifetime Value) artırılması.
- İqtisadiyyat, maliyyə, marketinq, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Bankçılıq, FinTech, telekommunikasiya, e-commerce və ya rəqəmsal məhsulların idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
- Tarif və qiymət strategiyalarının formalaşdırılması üzrə biliklər;
- Loyallıq proqramları, Customer Engagement və Customer Value Management üzrə biliklər;
- Müştəri seqmentasiyası və davranış analitikası üzrə biliklər;
- Məhsul gəlirliliyinin, Unit Economics və maliyyə göstəricilərinin təhlili bacarığı;
- Data əsaslı qərarvermə və analitik düşüncə qabiliyyəti;
Üstünlük hesab olunan bilik və təcrübələr
- Biznes bankçılığı üzrə iş təcrübəsi;
- Product Owner və ya Product Manager vəzifəsində iş təcrübəsi;
- Tarif paketlərinin və subscription modellərinin yaradılması təcrübəsi;
- Cashback, bonus və loyallıq proqramlarının idarə edilməsi təcrübəsi;
- Gamification və Referral mexanizmlərinin tətbiqi üzrə təcrübə;
- EVAM və digər real-time marketing platformaları ilə iş təcrübəsi;
- AI əsaslı fərdiləşdirmə və dinamik qiymətləndirmə modelləri üzrə biliklər;
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
- Məhsul üzrə strategiyanın, vizyonun və inkişaf yol xəritəsinin (Product Roadmap) formalaşdırılması;
- Müştəri seqmentlərinə, ehtiyaclarına və davranışlarına uyğun tarif paketlərinin yaradılması və inkişaf etdirilməsi;
- Dinamik və fərdiləşdirilmiş tarif modellərinin hazırlanması;
- Tarif siyasətinin optimallaşdırılması, məhsulların qiymət strategiyasının və gəlirliliyinin təhlil edilməsi;
- Loyallıq, cashback və bonus proqramlarının yaradılması və inkişaf etdirilməsi;
- Müştəri aktivliyinin artırılması məqsədilə gamification mexanizmlərinin tətbiq edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi üçün Referral proqramlarının hazırlanması;
- Lotereyaların, stimullaşdırıcı kampaniyaların və xüsusi təkliflərin hazırlanması, effektivliyinin qiymətləndirilməsi;
- Real-time marketing və EVAM ssenarilərinin inkişaf etdirilməsi;
- Müştərilərin bank məhsullarından istifadə tezliyinin və məhsul penetrasiyasının artırılması;
- Müştəri itkisini (Churn) azaltmaq və müştəri bağlılığını (Retention) artırmaq üçün təşəbbüslərin həyata keçirilməsi;
- Müştəri ehtiyaclarının, bazar tendensiyalarının, rəqiblərin tarif və loyallıq strategiyalarının araşdırılması;
- Product Backlogun formalaşdırılması, biznes dəyəri əsasında prioritetləşdirilməsi və idarə edilməsi;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!