Vakansiya haqqında
İnsan resursları üzrə təcrübəçi
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC insan resursları şöbəsində yeni məzunlar üçün təcrübə proqramı elan edir. Təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və nəticəsi yüksək olan təcrübəçi kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir. Öz karyera arzularınızı reallaşdırmaq, yeni təcrübə və biliklər qazanmaq istəyirsinizsə Ferrum Capital QSC sizin üçün ən doğru seçimdir.
Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?
- İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi ilə yaxından tanışlıq
- Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
- Namizədlərin adaptasiya prosesində birbaşa iştirak
- Əlverişli iş mühitində təcrübə keçib yeni bilik və bacarıqlar öyrənmə imkanı
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Namizədə tələblər:Hansı özəlliklərə malik olmalıdır?
- Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər
- Azərbaycan dili şifahi və yazılı formada əla bilmək
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Səlis və aydın nitq qabiliyyəti
- Word, Excel üzrə orta biliklər
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!