Vakansiya haqqında
Təsvir
- İşə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək göstərilməsi;
- Vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və namizədlərin axtarış prosesində iştirak edilməsi;
- Namizədlərin ilkin qiymətləndirilməsi və vakansiya tələblərinə uyğun namizədlərin müəyyənləşdirilməsinə dəstək göstərilməsi;
- Namizədlərlə ilkin əlaqənin yaradılması, müsahibələrin planlaşdırılması və koordinasiyası;
- Namizəd bazasının və ATS sistemindəki məlumatların mütəmadi olaraq yenilənməsi;
- Müsahibə və qiymətləndirmə proseslərinin təşkilində iştirak edilməsi;
- İşə qəbul üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;
- İşə qəbul şöbəsinin gündəlik fəaliyyətində və digər HR layihələrinin həyata keçirilməsində iştirak edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş rejimi: Part-time (natamam iş günü).
Tələblər
- Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli sahələr);
- İşə qəbul sahəsinə və İnsan Resursları istiqamətində karyera qurmağa yüksək maraq;
- Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə yazılı və şifahi bilmək;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı;
- Dinamik iş mühitində işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı.
Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqrama yalnız bakalavriat üzrə sonuncu kurs tələbələri və magistratura üzrə I–II kurs tələbələri müraciət edə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!