Yeni

Süni intellekt üzrə rəhbər (Head of AI)

Vakansiya haqqında

Təsvir

Əsas vəzifə öhdəlikləri

  • Dövlətin AI strategiyasına və təşkilati prioritetlərə uyğun İRİA-nın AI vizyonunu, strategiyasını və inkişaf yol xəritəsini hazırlamaq və icrasına rəhbərlik etmək.
  • AI təşəbbüsləri, məhsulları və texnoloji həllər üzrə vahid portfel formalaşdırmaq, layihələri biznes dəyəri, texniki imkanlar, risklər və resurs ehtiyaclarına əsasən prioritetləşdirmək.
  • AI Center of Excellence (AI CoE) strukturunu və iş modelini qurmaq, AI/ML mühəndisliyi, arxitektura, MLOps/LLMOps və məhsul idarəetməsi üzrə komandanın formalaşdırılmasını və inkişafını təmin etmək.
  • AI layihələri üzrə büdcə, resurs və nəticə göstəricilərini müəyyən etmək, icra prosesinə və əldə olunan nəticələrə nəzarət etmək.
  • İRİA-nın daxili proseslərində avtomatlaşdırma imkanlarını müəyyən etmək, sənəd emalı, məlumat axtarışı, hesabatların hazırlanması, müraciətlərin təsnifatı və digər əməliyyatlar üzrə AI həllərinin tətbiqinə rəhbərlik etmək.
  • AI köməkçiləri və agentlərinin daxili sistemlərə inteqrasiyasını təmin edərək əməkdaşların məhsuldarlığını və iş proseslərinin səmərəliliyini artırmaq.
  • MyGov platformasında vətəndaş müraciətlərinin cavablandırılması, xidmətlərə yönləndirilməsi, formaların doldurulması və əməliyyatların tamamlanmasını dəstəkləyən AI həllərinin hazırlanmasını idarə etmək.
  • MyGov üçün mətn və səs əsaslı AI köməkçilərinin inkişafını, Azərbaycan dilində cavablandırma, nitqin tanınması və səsləndirilməsi keyfiyyətini təmin etmək.
  • Milli Məlumat Hövzəsi (MMH) ilə inteqrasiya olunan ortaq AI platformalarının və dövlət qurumları üçün GPU-as-a-Service, LLM-as-a-Service kimi xidmətlərin yaradılmasına rəhbərlik etmək.
  • AI Gateway, model kataloqu, API-lər, təhlükəsiz məlumat axtarışı və təkrar istifadə edilə bilən AI komponentlərinin inkişafını təmin etmək, dövlət qurumlarının platformalara inteqrasiyasını və texniki dəstəyini koordinasiya etmək.
  • AI həllərinin texniki arxitekturasını, model və texnologiya seçimini, korporativ sistemlərlə inteqrasiyasını və infrastruktur ehtiyaclarını müəyyən etmək.
  • Generative AI, LLM, RAG, fine-tuning və agentik AI texnologiyalarının tətbiqini, modellərin qiymətləndirilməsi, optimallaşdırılması və davamlı inkişafını idarə etmək.
  • On-prem və hibrid AI infrastrukturu, GPU resursları, MLOps/LLMOps prosesləri, modellərin monitorinqi və təhlükəsiz istismarını təmin etmək.
  • Data Governance, hüquq və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək AI governance siyasətlərini, istifadə standartlarını və risklərin idarə edilməsi mexanizmlərini formalaşdırmaq.
  • Məlumat məxfiliyi, model təhlükəsizliyi, qərəz, hallüsinasiya və məlumat sızması risklərinin qiymətləndirilməsini, AI həllərində insan nəzarəti və keyfiyyət mexanizmlərinin tətbiqini təmin etmək.
  • Dövlət qurumları, texnologiya vendorları və digər tərəfdaşlarla əməkdaşlığı, bilik transferini və ortaq AI həllərinin tətbiqini koordinasiya etmək.


Tələblər

  • Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil; magistr dərəcəsi üstünlükdür.
  • AI/ML, data və ya texnologiya məhsullarının inkişafı üzrə minimum 5-7 il, komanda və ya funksiya rəhbərliyi üzrə minimum 3 il təcrübə.
  • Bir neçə biznes funksiyası, dövlət qurumları və texnologiya vendorları ilə paralel layihələrin idarə edilməsi təcrübəsi.
  • AI/ML, Generative AI, LLM, RAG və agentik AI arxitekturaları üzrə dərin bilik.
  • Python, API inteqrasiyaları, korporativ sistemlər və data platformaları ilə iş təcrübəsi.
  • Model seçimi, fine-tuning, qiymətləndirmə və optimallaşdırma üzrə praktiki anlayış.
  • On-prem/private cloud, GPU infrastrukturu və MLOps/LLMOps üzrə bilik.
  • NLP, STT/TTS, AI governance, məlumat məxfiliyi və informasiya təhlükəsizliyi üzrə biliklər.
  • AI məhsullarının yol xəritəsi, biznes əsaslandırması, TCO və nəticə göstəricilərini formalaşdırmaq bacarığı.
  • Strateji düşünmə, qərarvermə və prioritetləri müəyyən etmək bacarığı.
  • Texniki komandaları qurmaq, idarə etmək və inkişaf etdirmək bacarığı..
  • Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət bacarığı.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — Süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasında maaş elanda göstərilməyib. Maaşın məbləği namizədlə razılaşma əsasında müəyyən olunur.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyası üzrə iş Bakıda, Azərbaycanda yerləşir.

Son müraciət tarixi nədir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasına son müraciət tarixi 13 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasında AI/ML, data və ya texnologiya məhsullarının inkişafı üzrə minimum 5-7 il təcrübə tələb olunur. Namizədin həmçinin komanda və ya funksiya rəhbərliyi üzrə minimum 3 il təcrübəsi olmalıdır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasında namizəddən AI/ML, Generative AI, LLM, RAG və agentik AI arxitekturaları üzrə dərin bilik, Python, API inteqrasiyaları və data platformaları ilə iş təcrübəsi tələb olunur. Həmçinin MLOps/LLMOps, GPU infrastrukturu, NLP, STT/TTS, AI governance və informasiya təhlükəsizliyi üzrə biliklər, strateji düşünmə, texniki komandaları idarə etmək bacarığı və Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət tələb edilir.

Təhsil tələbi varmı?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasında kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur. Magistr dərəcəsi üstünlükdür.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasında AI/ML, data və ya texnologiya məhsullarının inkişafı üzrə ən azı 5-7 il təcrübə tələb olunur.

Gələcək Süni intellekt üzrə rəhbər (Head of AI) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

6

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ