Vakansiya haqqında
"KƏPƏZ BOKT" MMC insan resursları və kadr sahəsi üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İnsan resursları siyasəti və prosedurlarının hazırlanması və tətbiqi
- Yeni işçilərin işə qəbulunun idarə edilməsi
- Müvafiq vakansiyalar üzrə kadr seçimi etmək, rəhbərliyə kadr ehtiyatı üzrə hesabat təqdim etmək
- Ehtiyat işçi kadr bazasını yaratmaq
- İşçi məlumatlarının düzgün və aktual olmasını təmin etmək
- İşçi heyəti ilə işləmək, onların nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
- Proqram prioritetlərini müəyyənləşdirmək, tapşırıqların icrasına nəzarət
- Dövlət orqanları tərəfindən tələb olunan aylıq, rüblük hesabatların təqdim olunması
- Əmək münasibətlərində olan dəyişikliklər barədə rəhbərliyə məlumat verilməsi
- İnsan resurslarının bütün şirkət siyasətlərinə və müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək
Namizədə olan tələblər:
- Bu sahədə minimum 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini bilmək
- Hüquq və idarəetmə sahəsində biliklər
- Aydın, səliqəli və peşəkar ünsiyyət
- Yaş həddi: 25 yaşdan
İş şərtləri:
- Əmək haqqı: 1000–1200 AZN
- 5 günlük iş qrafiki, 09:00–18:00
Maraqlanan namizədlər CV-ni info@kepez-bokt.az ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!