Vaxtı bitib

Fiziki kanallar və əməliyyat sahəsinə aparıcı məhsul sahibi / baş məhsul sahibi

ABB

02 dekabr 2025 736 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 01 yanvar 2026
Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul Sahibi (PO) vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Məhsul Sahibi (PO) üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Görəcəyiniz işlər:

 

  • Ön və arxa ofis əməliyyatlarında yeni imkanların yaradılması üzrə təşəbbüslər irəli sürmək və bazar tendensiyaları barədə ətraflı araşdırma aparmaq;
  • İstifadəçi tələblərini toplayaraq görüləcək işlərin siyahısını (backlog) tərtib etmək və prioritetləşdirmək;
  • Məhsulun inkişafı üçün rüblük və illik yol xəritəsini (roadmap) tərtib etmək;
  • Komanda daxilində, proqramçılar, dizaynerlər və digər maraqlı tərəflər ilə yüksək əməkdaşlıq bacarığını göstərməklə ən dəyərli və səmərəli həlləri tapmaq;
  • Backlogda görüləcək işlərin qəbul meyarlarını yazmaq (acceptance criteria);
  • Vəzifə öhdəliklərinin icrası ilə bağlı Bankın və digər 3-cü tərəflərin əsas maraqlı tərəfləri və struktur bölmələri ilə koordinasiyası üçün zəruri görüşlər təşkil etmək və keçirmək;
  • Digər məhsul sahibləri ilə daima əlaqədə olmaqla, kəsişən və asılı məqamları öncədən müəyyən edərək, nəzərə almaq;
  • Rəqibləri, istifadəçi tələblərini və digər faktorları nəzərə alaraq məhsulun bazarda uğur qazanmasına və müəyyən edilmiş hədəflərin (KPİ-ların) icrasında tədbirlər görmək;
  • Fiziki kanallarda müştəri davranışlarını təhlil etmək və zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görmək;
  • Davamlı olaraq, yerli və xarici bazarları araşdırmaqla, müvafiq sahədə ən yeni trendləri analiz edərək, bazara yeni innovativ məhsullar və servislər gətirmək;
  • Hazırlanmış yeni dizaynların istifadəçilərlə birgə test edilməsində iştirak etmək;
  • Məhsulun test və reliz prosesində aktiv iştirak etmək və keyfiyyətə nəzarət etmək;
  • Sprint ərzində gorüləcək işlərin icra statusunu monitorinq etmək;
  • İstifadəçilər ilə keçilən məmnuniyyət sorğularını təşkil etmək və müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olması üçün tədbirlər görmək;
  • Biznes tələbləri yarandığı halda, məhsul sahibləri tərəfindən prioritetləşdirilmə əsasında işləri müvafiq plana almaq və icrasını təşkil etmək;
  • Sahəyə daxil olan sorğuları aidiyyəti üzrə cavablandırmaq;
  • Sahənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

 

Bizim üçün uyğun namizəd:

 

  • Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 3 il təcrübə və biliklərə;
  • Əməliyyat sahəsi üzrə tələblərin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi üzrə təcrübəyə;
  • Bankda istifadə olunan proqram təminatları sahəsində təcrübəyə;
  • Mühasibatlıq modeli üzrə biliklərə;
  • “Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
  • Kredit, depozit, kart proseslərinin rəsmilləşdirilməsi barəsində məlumata;
  • Bankın filiallarında çıxan problemlərin həlli üzrə təcrübəyə;
  • Kart əməliyyatları və hesablaşmalar üzrə biliklərə;
  • Yerli bankların bazara təqdim etdikləri məhsul və xidmətləri barəsində detallı məlumatlara;
  • Bank qanunvericiliyi tələbləri ilə məlumata sahib;
  • Oracle FlexCube, İBM BPM və digər proqram təminatlarının arxitektur xüsusiyyətləri üzrə təcrübəyə sahib;
  • Məlumatların idarə edilməsi (DATA) üzrə biliklərə sahib;
  • Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olan şəxsdir.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Fiziki kanallar və əməliyyat sahəsinə aparıcı məhsul sahibi / baş məhsul sahibi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

17

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ