Şirkətin büdcələmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərində iştirak edəcək, maliyyə göstəricilərinin təhlili və maliyyə modellərinin hazırlanması vasitəsilə strateji qərarların qəbuluna dəstək göstərəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə peşəkar mütəxəssis axtarırıq.
+ ' ' +
- Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil;
- ACCA (MA, PM), FMVA, CIMA Management Accounting, büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür;
- Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlükdür;
- İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür);
- MS Office proqramları, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı;
- Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı.
+ ' ' +
- İnkişaf imkanları;
- Rəqabətli əmək haqqı və bonuslar;
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
+ ' ' +
- Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanmasını və təkmilləşdirilməsini dəstəkləmək.
- Şirkətin maliyyə planlaşdırılması və strateji qərarlarının dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək.
- Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək.
- Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək sapmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
- Büdcə və faktiki göstəricilər üzrə mütəmadi variance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək.
- Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
- Büdcələmə metodologiyalarının, hesabat strukturlarının və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
- Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələrinin, ssenarilərin və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!