Şirkətin maliyyə planlarının hazırlanmasında iştirak edən, büdcənin idarə olunmasına dəstək verən və qərarvermə prosesinə dəstək göstərən təcrübəli komanda üzvü axtarırıq.
+ ' ' +
- Maliyyə planlaşdırılması və təhlili (FP&A), maliyyə analizi və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi (CFA və ya MBA üstünlükdür);
- Maliyyə modelləşdirmə, proqnozlaşdırma və ssenari təhlili üzrə yüksək biliklər;
- Excel və PowerPoint proqramlarında yüksək səviyyədə istifadə bacarığı; maliyyə hesabatı alətləri ilə təcrübə üstünlükdür;
- SQL bilikləri tələb olunur;
- Mühasibat uçotu prinsipləri və maliyyə anlayışları üzrə dərin biliklər;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı, detallara diqqət;
- İngilis dili biliyi yüksək səviyyədə, rus dili biliyi isə üstünlükdür.
+ ' ' +
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
+ ' ' +
- İllik büdcənin və davamlı olaraq yenilənən (rolling) proqnozların hazırlanması və idarə edilməsi;
- Dəyişən biznes şərtlərinə uyğunlaşmaq məqsədilə ssenari təhlillərinin aparılması və yenilənmiş proqnozların hazırlanması;
- Büdcələrin düzgünlüyünün və şirkətin məqsəd və strateji hədəfləri ilə uyğunluğunun təmin edilməsi;
- Rəhbərlik üçün dövri maliyyə hesabatlarının və idarəetmə panellərinin hazırlanması;
- Büdcə ilə faktiki göstəricilər arasındakı fərqlərin (variance) təhlili, səbəblərinin müəyyən edilməsi və izah olunması;
- Strateji və icraedici rəhbərliyin qərarlarının qəbulunu dəstəkləmək üçün maliyyə təhlilləri və əsaslandırılmış tövsiyələrin təqdim edilməsi;
- Uzunmüddətli maliyyə planlaşdırılması prosesində iştirak edilməsi;
- Müxtəlif biznes ssenariləri (məsələn, inkişaf planları, investisiyalar və s.) üzrə maliyyə modellərinin hazırlanması və təkmilləşdirilməsi;
- Yeni layihə və təşəbbüslərin maliyyə baxımından səmərəliliyinin qiymətləndirilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!