Tələbəlik müddətində pul qazana biləcəyiniz 7 Freelance iş

15 İyul

Freelance işlər, həm yaxşı pul qazanmaq, həm də uğurlu bir karyera üçün təcrübə əldə etmək imkanı yaradır.

Onlayn təhsilin geniş yayıldığı bu günlərdə, freelance iş layihələri də getdikcə artmaqdadır. Biz də öz növbəmizdə ən yaxşı 7 freelance işi modelini sizin üçün topladıq.

Online Müəllimlik

Universitet dövründə həm biliklərinizi gücləndirmək həm də insanlarla ünsiyyət qurma bacarığlarınızı inkişaf etdirmək üçün təhsil aldığınız ya da peşəkarı olduğunuz bir sahədə onlayn dərslər verə bilərsiniz. Rəqəmsal mühitdə dərs verə biləcəyiniz çox sayda tədris platforması mövcuddur və uyğun olduğunuz saatları özünüz üçün tənzimləyə bilərsiniz.

Sosial Media Meneceri

Sosial mediada zaman keçirməyən hətta Facebook, Twitter ya da Instagram kimi şəbəkələrdə profili olmayan demək olar ki, yoxdur. Əgər siz də paylaşımlarınızla reaksiya almağa öyrəşmiş və başqalarını həvəsləndirməkdə çətinlik çəkmirsinizsə, sosial media menecerliyi tam sizə görədir. Üstəlik bu işdə uğurlu olduğunuz təqdirdə, uzun müddətli bir iş planı belə hazırlaya bilərsiniz.

Veb dizayner

Veb dizaynerliyin də sosial media menecerliyi kimi freelance iş olmasına baxmayaraq, bir çox insan bu işə universitet illərindən başlayıb, uzun illər davam etdirərək pullar qazanır. Veb dizaynerlər üçün iş imkanları, özəlliklə də koronavirus dönəmində onlayn işçi axtaran Google, Facebook və s. kimi bir çox nəhəng şirkətlərdə də mövcuddur. İş axtarışlarınızı Linkedln üzərindən etməyinizi tövsiyyə edirik.

Yazar

Məqalə və məzmun yazarlığı işləri internetdən istifadənin kütləviləşməsi ilə birlikdə məhşurlaşan və demək olar ki, hər kəsin özünü sınamağa çalışdığı işlərdən biridir. Ancaq bu işi peşəkar olaraq görmək və ciddi gəlir əldə etmək istəyirsinizsə, ilk olaraq yaxşı səviyyədə qramatik biliklər və araşdırma qabiliyyətlərinə malik olmağınız vacibdir. Bununla yanaşı ingilis dili və s. dil biliklərinizin olması sizi xarici bazara çıxarmağa kömək olacaqdır.

Qrafik Dizayner

Freelance iş dedikdə ağla gələn ilk şeylərdən biri də qrafik dizayndır. Əlavə olaraq, indi bu sahədə işləmək əvvəlkindən daha asandır. Çünki zəngin qaynaqları olan yüzlərlə vebsayt var ki, orada loqotiplər, broşurlar və s. kimi yüzlərlə təsviri onlayn hazırlaya bilərsiniz. Hər nə qədər bu sahədə işləmək üçün bir təhsilə ehtiyacınız olmasa da, qrafik dizayn bədii bir baxış bucağı, yaradıcılıq və rəng biliyi tələb edir.

Tərcüməçi

Xarici dildə səlis şəkildə oxuyub yaza bilir və peşəkar tərcümə əsaslarını başa düşürsünüzsə, freelance tərcüməçi olaraq yaxşı pul qazana bilərsiniz. Freelance tərcüməçilər, ssenarilərdən kitablara və məqalələrə kimi hər cür sənədləri başqa dilə tərcümə edirlər. Bu sahədə uğur qazanmaq və bu işi uzunmüddətli qazanca çevirmək istəyirsinizsə, ən azı iki xarici dil biliyinizin olmasını məsləhət görürük. Xatırladaq ki, İspan, Çin və Ərəb dilləri, bu gün məzunlar üçün iş təklif edən ən yaxşı dillərdəndir.

Video redaktə

Video redaktorluğu, internetdəki ən gəlirli işlərdən biridir. Bu sahədə tələb yüksək olmağına baxmayaraq onlayn platformalarda video redaktə edən insanların sayı azdır. Üstəlik, lazım olan bacarıqları özünüz öyrənə biləcəyiniz bir çox proqram və vebsayt var. Bir az təcrübə ilə yaxşı qazanc əldə edə bilərsiniz.

Mənbə: Hotcourses Turkey.

Oxşar yazılar