Rəqəmsal marketinq mütəxəssisi kimdir? - Babaxan Məlikli

26 Noyabr 2023 1343

Rəqəmsal marketinq meneceri

  • Sizi tanıyaq

Mən, Babaxan Məlikli, PASHA Bankda Rəqəmsal Marketinq üzrə mütəxəsis olaraq çalışıram. Upper Education Tədris mərkəzinin və Digital Hero şirkətinin sahibiyəm.

  • Rəqəmsal marketinq meneceri nə iş görür?

Ümumi götürsək, Rəqəmsal Marketinq meneceri rəqəmsal kanallar vasitəsilə şirkətin məhsullarının satışının həyata keçməsinə köməklik edir. Misal üçün: Azərbaycanda oturaraq Texas-da oğlunu məktəbə aparan 30-35 yaş aralığında olan ataya telefon üçün aksesuar sata bilməyimizdir.

  • Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?

Əsas motivasiya edən daima sahənin dəyişməsi, vahid bir yerdə qalmaması və rəngarəng olmasıdır. Hər gün demək olar ki, yeni bilik, yeni bir reklam növü, yeni bir update çıxır və biz buna uyğunlaşmağa çalışırıq. Bunun sonunda etdiyimiz işlərin nəticəsini əldə edəndə bu mənə motivasiya verir (SEO-da üzərində çalışdığımız söz 1 ci yerdə çıxanda elə bil ki, övladınız universitetə qəbul olmağa hazırlaşır və top 10 universitetə qəbul olub, bu qədər bizə zövq verir).

  • Karyeranızın əvvəlində hansı bacarıqları inkişaf etdiridiniz?

Öz şirkətimiz olduğu üçün bolluca hər cür reklamları sınaqdan keçirmək imkanı əldə edirdim. “Yoxlama yanılma” ilə praktiki bacarıqlarım inkişaf etdi. Ən əsası da araşdırma qabiliyyəti ən yaxın dostlarım Google və Youtube idi.

  • Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?

İkisi də önəmli faktordur amma daha çox bizim sahə üçün təcrübə, yəni parktiki biliklər çox önəmlidir. Amma mən bura daha önəmli məsələni əlavə etmək istəyirəm. İş həyatında nə təhsilimiz, nə də ki təcrübəmiz əsas rol oynayır, bunlardan əlavə, əlaqələrimiz bizi biz edəndir. Mənim çox işlətdiyim bir söz var: “Ətrafın qədər varsan”.

  • Rəqəmsal marketinq menecerinin günlük işləri nədən ibarətdir?

Komputeri açırıq, reklamları yaradırıq və dünən getmiş olan reklamlara nəzər yetiririk. Əgər uyğunsuzluq və ya haradasa çatışmazlıq varsa, oturub onu inkişaf etdirmək ilə bağlı işlər üzərində işləyirik. Daima daha yaxşı nəticə üçün həmişə daha yaxşı alternativ axtarıb tapırıq.

  • Rəqəmsal marketinq meneceri digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?

Düzü, bu, sahədən aslı olaraq dəyişir. Ümumi götürsək, Qrafik dizayner (dijital kanallarda paylaşılacaq posterlərin dizayn brifi siz tərəfdən verilməlidir) və Web Dizaynerlər (UX, UI üçün), Developerlər (SEO ilə bağlı saytda dəyişikliklər üçün), Satış mütəxəssisləri (məhsulların necə satıldığını), Call center (müştərilərin şikayət və təklifləri üçün) və Ənənəvi marketoloqlar (digər kanallarda olan reklamlar ilə dijital kanallarda olan reklamların çatdırmaq istədiyi fikir bir olmalıdır).

  • Bu sahədə peşəkar olmaq üçün nələrə diqqət edilməlidir?

Daima yenilikləri araşdırmaq və onlara adaptasiya olmaq lazımdır, yoxsa peşəkarlığı əldən verəcəksiniz. “Dəyişməyən şey dəyişimin özüdür”.

  • Marketinq meneceri ilə Rəqəmsal marketinq menecerini fərqləndirən xüsusiyyətlər nələrdir?

Rəqəmsal Marketinq meneceri məhsulun marketinqini həyata keçirmək üçün daha çox rəqəmsal alətlərdən (internetlə daxil olduğumuz: İnstagram, Google reklamı, Tik-Tok və.s) istifadə edir, marketinq menecerlər isə ənənəvi marketing alətlərindən (TV, radio, bilbord) istifadə edir. Tək fərq sadəcə bundadır, yoxsa, demək olarki, fəaliyyətləri eynidir. İkisi də satış prosesini stimullaşdırır.

  • Rəqəmsal dünyada iş mühitinin digər sahələrdən hansı üstünlükləri var?

Səyahətdə olsan belə, istənilən yerdən qoşulub işlərini verinə yetirə bilirsən və əlavə olaraq da işdə yeganə işçi olursan ki sənə 7/24 sosial şəbəkələrdə olsan belə nəsə deyən yoxdur. Çünki işimiz budur.

  • Rəqəmsal marketinq mütəxəssisi hansı biliklərə və xüsusiyyətlərə sahib olmalıdır?

Analitik düşüncə, məntiqli olma, araşdırma qabiliyyəti, yeniliklərə tez adaptasiya olmaq, trendlərdən daima xəbərdar olmaq.

  • Günlük iş həyatınızda istifadə etdiyiniz rəqəmsal alətlər hansılardır?

Google Analytics, Google ads, Youtube, Google Search Console, Ahrefs, Facebook Business Manager, Linkedin, Yandex metrica bir də yaxın dostum Excel. Bunlar hər gün işlətdiklərimdir, amma ümumi çox tool var.

  • Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyyə edərdiniz?

Araşdırma edin. Ən yaxın dostunuz Youtube olsun və çalışın ki, networkinq əhatənizdə daima sizinlə eyni sektordan adamlar olsun. Onlardan çox şey öyrənəcəksiniz. İstər internet ilə self study, istərsə də kurslar ilə özünüzü inkişaf etdirməyi dayandırmayın.

Oxşar yazılar