Müsahibədən bir neçə saat öncə nələri etməlisiniz?

10 İyul 2020 2267

Nəhayət o böyük gün gəldi və çoxdandır arzusunda olduğunuz iş üçün müsahibəyə dəvət aldınız. İş görüşməsinə getdiyiniz zaman ütülənilmiş geyiminizi geyindiniz. Yaxşı, bəs sizcə müsahibəyə tam hazırsınız?

Siz müsahibə öncəsi bütün hazırlıqları etdiyinizi düşünə bilərsiniz. Bəs zehniniz müsahibəyə hazırdır? Yəqin ki, beyninizd’ müsahibənin kritik sualları üçün bir yer, HR mütəxəssislərinə sual vermək üçün isə digər yer və uğur nümunələri söyləmək üçün isə başqa bir yer ayırdınız. Müsahibənin uğurlu alınmasına özünüzü nə qədər hazırlamağınızdan asılı olmayaraq, müsahibəyə girmədən bir neçə saat əvvəl qəribə bir narahatlıq hissi keçirə bilərsəniz. Belə bir vəziyyətdə stressi idarə etməli, rahat və özünə əmin görünməyə çalışmalısınız.

Son dəqiqə narahatlıqlarının çoxdan gözlədiyiniz iş fürsətini əldən verməyinə səbəb olmasına icazə verməməlisiniz. Müsahibəyə girməzdən bir saat əvvəl sakitləşmək üçün aşağıdakı məsləhətlərdən yararlana bilərsiniz.

Səsinizi yoxlayın

Özünüzü qarşınızdakı şəxsə təqdim edərkən həyəcanlı və aşağı tonla danışmağınız sizə olan etibarı dərhal məhv edə bilər. Zəif və yuxudan yeni oyanmış bir tonda danışmamağa diqqət yetirin. Impact Interview CEO-su Lewis Lin, özəlliklə telefonla müsahibədə olacaq şəxslərə əvvəlcə səs tonlarını yoxlamağı tövsiyə edir. Onun fikrincə müsahibəyə başlamazdan əvvəl, seçmələrə qatılan aktrisa və ya aktyor kimi aydın və güclü bir səs tonu hiss etdirilməlidir.

Güclü görünün

Harvard Business School professoru Amy Cuddy-nin araşdırmasına görə, stress altında olsanız belə güclü görünməyiniz prosesi biraz rahatladacaqdır. O, güclü görünməyin iş görüşmələrindən əvvəl özünüzü yaxşı hiss etmək üçün atılan ən doğru addım olduğunu vurğulayır və "Əllərinizi qaldırın, tavana baxın və gülümsəyin. Rahatlığınızı bərpa etmək üçün bu çox yaxşı bir hərəkətdir."-deyə O, deyir.

Pozitiv düşünün

Güclü göründükdən sonra bunu etmək çətin olmayacaq. Lin, namizədlərin müsahibədən əvvəl özlərinə təzyiq etdiklərini deyir. "Bəs əgər müsahibəni bərbad etsəm və işə qəbul ola bilməsəm?" kimi mənfi düşüncələr insan davranışlarına da təsir edir. Motivasiyanızı əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssislər bunun əvəzinə bu işdə işləmək üçün nə qədər istəkli olduğunuzu düşünməyi təklif edirlər. Bu zaman təkrarlamaq yaxşı ola bilər: “Mən bu iş üçün mükəmməl namizədəm. Mən bu iş üçün mükəmməl namizədəm. Mən bu iş üçün mükəmməl namizədəm.”

Sosial mediada araşdırma aparın

Şirkəti, HR mütəxəssisini və ya meneceri sosial mediada araşdıraraq, hansı mövzularda nə kimi paylaşdımlar edildiyini görməyiniz bu haqqda məlumat sahibi olmanıza yardımçı olacaqdır. Müsahibədə necə biri ilə qarşılaşacağınızı əvvəlcədən bilmək onunla daha rahat ünsiyyət qurmanıza yardımçı olacaqdır. Lin: "Səmimi ünsiyyət qurmağın ən yaxşı yolu, sizinlə müzakirə olunan mövzuları qarşınızdakı şəxslə əlaqələndirməkdir" deyir.

Narahatlıqlarınızdan qurtulun

Lin, narahatlığın bir çox müsahibələri məhv edə biləcəyini vurğulayır. Buna görə mənfi bir təcrübə yaşamamaq üçün tədbir görməyiniz faydalıdır. Müsahibə saatından əvvəl sizi rahatlamağa imkan verən hər şeyi edin. Musiqi dinləmək də diqqətinizi cəmləməyə kömək ola bilər. Bu və s. kimi şeyləri etməyi xoşlamırsınızsa, dərin nəfəs alıb-vermək belə narahatlığınızı yüngülləşdirməyə kömək edəcəkdir. İndi dərin bir nəfəs alın, gülümsəyin və görüşməyə gedin. Uğurlar!


Oxşar yazılar