Mühasib olaraq işləmək üçün hansı özəlliklərə sahib olmalısınız?

10 Sentyabr 2020 6286

Hər şirkətin işçi seçimi kriteriyaları bir-birindən fərqlidir. Ancaq müəssisənin ayrılmaz hissəsi olan mühasibatlıq şöbəsi üçün çox şirkət namizəd axtararkən daha dəqiq qərarlar verməyə çalışır. Mühasibatlıq şöbəsinin işçi seçimində müvafiq ixtisas üzrə məzun olan namizədlərə daha çox üstünlük verilir. Böyük həcmli maliyyə işləri olmayan şirkətlər, mühasibat üzrə orta texniki təhsil almış namizədlərlə də çalışa bilirlər. İqtisadiyyat, mühasibat, maliyyə, vergi qanunvericiliyi, ticarət hüququ sahələrində məlumatlı olmaq sizə digər namizədlər qarşısında üstünlük yaradacaqdır. Digər işlərdə də olduğu kimi mühasib olmaq üçün də tək təhsil yetərli deyil. Şəxsin qanunlar və idarəçilik mövzusunda özünü inkişaf etdirməsi və dəyişiklikləri davamlı olaraq izləməsi vacibdir. Mühasibat sahəsində görülən işlər rəqəmsal dövrə uyğunlaşdığı üçün, bu sahədə çalışacaq namizədin kompüter biliklərinə sahib olmasını zəruri edir. İş saatları standart görünsə də, hər ayın bəlli dönəmləri və il sonu mühasibatlıq şöbəsinin ən sıx çalışdığı zamanlardır. Bu işi seçənlər zaman-zaman işdən əlavə çalışmağı da gözə almalıdırlar.

Analitik düşüncəyə malik şəxslər mühasibat sahəsində daha uğurlu olacaqdır. Ayrıca, detalların çox önəmli olduğu bu işdə edilən kiçik bir xəta belə düzəldilməsi çətin olacaq nəticələrə yol açacağından bu işdə diqqət çox önəmlidir.

Bir Mühasibdə axtarılan özəlliklər nələrdir?

Mühasib vakansiyası üzrə namizədlər axtaran şirkətlərin elanlarına göz gəzdirsək əksəriyyətində aşağıdakı tələblərlə qarşılaşırıq:

  • Mühasibat və ya oxşar sahədə təhsil almaqla özünü bu sahədə inkişaf etdirmək.
  • MS Office proqramları və mühasibat proqramlarından istifadə edə bilmək.
  • Dövlət qanunvericiliyndən məlumatlı olmaq.
  • Mühasibat sahəsiylə bağlı teorik bilgiləri iş həyatında istifadə edə bilmək.
  • Sürətli iş tempinə və komanda ilə çalışmağa uyğunlaşmaq .
  • Rəhbərlik tərəfindən verilən işləri vaxtında yerinə yetirmək.
  • Ofis daxili avadanlıqlarla çalışa bilmək.
  • Şirkət daxili və şirkət xarici yazışmaların aparılması.

İqtisadiyyat və Riyaziyyat mühasibatlığın təməl işləmə prinsiplərini təşkil edir. Yuxarıda qeyd olunan bacarıqlardan hər hansı biri sizdə yoxdursa, elə indi öyrənməyə başlayın. Ümid edirik bu yazımız sizə daha rahat iş tapmaqda yardımçı olar.

Oxşar yazılar