İş elanları 2020-ci ildə

15 Avqust

İş elanları 2020-ci ildə


Bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, işə olan tələb artdıqca, yeni iş yerləri və vakansiyalar da artmaqda davam edir. Elm və texnologiyanın inkişafını nəzərə alaraq, artıq XXI əsri yeni dövrün başlanğıcı hesab etmək olar. 




Hal-hazırda bir sıra istehsal müəssisələri və şirkətlər avtomatlaşdırma sisteminə keçid edirlər. Bu da iş prossesində daha az insan əməyindən istifadə edilməsi və şirkətlərin işçi qüvvəsinin minimuma endirilməsi deməkdir. Nəticədə bu sektorlarda çalışan minlərlə insan işsiz qalır. Bu ixtisarlar sadəcə istehsal sahələrində deyil, digər sahələrə də öz təsirini göstərir. Lakin, yaxşı xəbər odur ki, dövrümüz davamlı inkişaf mərhələsindədir və hər gün yeni iş sahələri və vəzifələr yaranmaqdadır. 





Məsələn, 20 il əvvəl kimsə sizə "Dron operatoru" və ya "Sosial Media Meneceri" olaraq çalışdığını desə yəqin ki, bu haqqda heç bir məlumatınız olmazdı və bu sizə çox təəccüblü gələrdi. Lakin günümüzdə bu kimi 100-lərlə yeni iş elanlarıvakansiyalar ilə qarşılaşırıq. Hər hansı sektorda yeni bir iş sahəsi və ya vəzifə yarandığı zaman həmin vakansiya üzrə yeni tələblər də yaranmış olur. Məsələn,  əvvəllər "Mühasib vakansiyası" üçün "mühasibat hesablarını, əmək məcəlləsini və s. bilməlidir" kimi  tələbələr mövcud idisə, indi "Anbar Mühasibi" vakansiyası üçün tələblərə" 1C proqramı, Excel, Word, və s. kimi proqramlarda işləməyi bacarmalı" kimi tələbələr əlavə olunub. Bu kimi bir sıra sektorda vakansiyalar və vakansiya üzrə tələblər daim yenilənməkdə davam edir. Yeni iş elanları və vakansiyalar üzrə tələblərdə geri plana düşməmək üçün daim şəxsi inkişafa önəm verin. CV-nizi mütəmadi olaraq yeniləyin.



Müəllif: Namiq Cavadlı

Oxşar yazılar