Dünyada mövcud beyin köçü

26 Sentyabr 2023 1414

Bakı Konqres Mərkəzində Tarixi Görüş: Celal Şengör və İlber Ortaylı
“Dünyada mövcud beyin köçü” master klass

Açıqlama:

  • Tarix və elm dünyasının iki aparıcı adı olan Prof. Dr. İlber Ortaylı və Prof. Dr. Celal Şengör unudulmaz tədbirdə bir araya gəlir! Bu görüşün qonaqları ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasının ikinci türk professoru Dr. Ali Mehmet Celal Şengör, və türk tarixçi, akademik və yazıçı, dünyaca məşhur Prinston Universiteti, Oksford Universiteti, Kembric Universiteti, həmçinin, Vyana Universitetinin Professoru Dr. İlber Ortaylı olacaq. Bu möhtəşəm görüşdə tarixin və elmin dərinliklərinə qədəm qoyan bu iki böyük ziyalı sizi təsirli bir macəraya dəvət edir.

Tədbir zamanı 4 modul üzərində danışıqlar olacaq:

1. Dünyada mövcud Beyin köçü.
2. Dünyada mövcud 270 münaqişə ocağı, 250 Yaxın Şərqdə.
3. Nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq Layihəsi.
4. Texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri.

Kimlər iştirak edə bilər:

  • HR Mütəxəssislər;
  • Rəhbər şəxslər;
  • Biznes və fərdi sahibkarlar;
  • Tələbələr;
  • İştirak etmək istəyən hər kəs.

Bu tədbirdə siz tarix və elmin dərinliyini və zənginliyini daha yaxşı dərk etmək üçün bu iki
böyük mütəfəkkirin geniş bilik və təcrübəsindən bəhrələnmək imkanınız olacaq. Bu unudulmaz görüşü qaçırmayın tarixin və elmin füsunkar səyahətinə qoşulmaq üçün biletlərinizi bu gün əldə edin!

Biletləri  https://iticket.az/events/seminar/ilber-ortayli-and-celal-sengor-current-brain-drain-in-the-world/99420 linkə keçid edərək əldə edə bilərsiniz.

Oxşar yazılar