Dizayn təqaüd proqramı

02 Sentyabr 2022 2947

Təqaüd hansı ixtisaslara aiddir?

3D Dizayn

Hazırda 3D Dizayn gündəmin premium ixtisaslarındanbiridir. Qlobalda innovativ sahələrin sürətli inkişafı iləəlaqədar, çox qısa müddətdə 3D dizaynerlərə tələbxüsusilə də lokal bazarda pik həddə çatıb. Hazırda 3D Dizaynerlərin ölkədə orta əmək haqqı 2500-3500 ₼ aralığındadır. Bu ixtisası bitirənlər üçün Video Game Designer, 3D Animator, 3D Generalist və NFT Artist kimiyüksək qazanclı karyera imkanları mövcuddur.

UX&UI Dizayn

Bugün bütün şirkətlər professional UX&UI dizaynerlərigöydə tuturlar. UX&UI mütəxəssisləri insanlarındavranışlarını analiz edərək, istifadəçi təcrübəsiniyaxşılaşdıran həllər yaradır. Bu ixtisasla karyeranızaUX&UI Designer, UX Designer, UX Researcher, UX Business Analyst və UI Designer kimi perspektivlisahələrdə başlayırsınız. Hazırda bu peşələrdə çalışanlarınorta əmək haqqı 1500-2000 ₼ aralığındadır. 

Advanced UX&UI Dizayn

Advanced UX&UI Dizayn ölkədə yalnız Bakı DizaynAkademiyasında tədris edilən yüksək ixtisas proqramıdır. Bu ixtisas UX&UI sahəsində bilikləri olan və karyeralarınıüst səviyyəyə qaldırmaq istəyən təcrübəli dizaynerlər üçünyaradılıb. 

Proqram boyu iştirakçılar yalnız yerli deyil həm də xaricibazarda rəqabət qabiliyyətli kadr kimi formalaşır. İxtisasıuğurla bitirənlər karyeralarına Senior UX/UI Designer, UX Architect, Product Designer kimi yüksək gəlirli vəzifələrdədavam edirlər. Senior UX/UI dizayner kimi sən artıq əməkhaqqı 3000₼-dan başlayan vəzifədə çalışa bilərsən. 

Təqaüd haqqında 

Ümumi həcmi 120 000 AZN olan bu təqaüd proqramınaseçilmiş 30 istedadlı şəxs Akademiyada üç innovativixtisasdan birində – 3D Dizayn, UX&UI Dizayn vəAdvanced UX&UI ixtisaslarında 70%, 90% və 100% yəniödənişsiz təqaüdlə təhsil alacaqlar. 

İxtisas proqramların müddəti

Advanced UX&UI Dizayn – 4 ay

UX&UI Dizayn – 5 ay

3D Dizayn – 7 ay

İxtisasa müraciət üçün tələblər

1. UX&UI Dizayn:

Xüsusi tələb yoxdur, hər kəs müraciət edə bilər.

2. 3D Dizayn:

Xüsusi tələb yoxdur, hər kəs müraciət edə bilər.

3. Advanced UX&UI Dizayn:

İş təcrübəsi: 6 ay

İngilis dili biliyi: B2

Türk dili biliyi: Başa düşəcək səviyyədə

Təqaüdə müraciət qaydası 

Təqaüdə müraciət 3 mərhələdən ibarətdir: 

1. İlk mərhələdə CV və motivasiya məktubunu BakıDizayn Akademiyasına göndərirsən. 

2. Növbəti addımda test imtahanı verirsən. 

3. Üçüncü mərhələdə isə Akademiya səninlə fərdimüsahibə edir. 

 Təqaüd proqramı üçün qeydiyyat 6 sentyabr, 2022 tarixinədək açıqdır. Birinci mərhələyə qeydiyyatdankeçmək üçün linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami 

Şirkət haqqında

Bakı Dizayn Akademiyası Azərbaycanda Adobe vəAutodesk şirkətlərinin tək rəsmi nümayəndəliyi və dizayntəhsili üzrə tam ixtisaslaşmış aparıcı təhsil mərkəzidir. Akademiyada Adobe, Microsoft və Autodesk şirkətlərinindəstəyi ilə hazırlanan tədris proqramlarını Adobe Certified Professional, Autodesk Certified Professional, Harvard X Architectural Imagination və digər nüfuzlu beynəlxalqsertifikatlı instruktorlar tədris edirlər. Təhsil mərkəzindəhəm dizayna yeni başlayanlar, həm də bu sahədə peşəkarolan təcrübəli dizaynerlər üçün ixtisas proqramlarımövcuddur. 

Ünvan:

Cəfər Cabbarlı 44., Caspian Plaza, 2-ci korpus, 8-ci mərtəbə

Əlaqə nömrəsi:

+99470 570 30 30

Vebsayt:

bda.edu.az

Oxşar yazılar