Bir CEO-nun gözündən yaxşı CV-nin xüsusiyyətləri

16 İyul 2020 3517

Qlobal konsaltinq şirkəti "Korn Ferry"-nin CEO-su Gary Burnison, qarşılaşdığı ən təsirli CV-də yer alan xüsusiyyətləri 5 başlıq altında topladı. CV-nizi yeniləmək üçün köməyə ehtiyacınız varsa, bu məqalə sizin üçündür!

Yaxşı CV hazırlamaq üçün bu günə qədər bir neçə məqalədə bu haqqda bəhs etmişdik. Bəs, bir CEO-nun baxışı ilə yaxşı CV-yə daxil edilməli olan xüsusiyyətlərin nələr olduğunu öyrənmək istəyirsiniz? Şirkətlərin ən yaxşı istedadları seçməsinə kömək olan qlobal konsaltinq şirkəti "Korn Ferry"-nin CEO-su Gary Burnison, karyera həyatında qarşılaşdığı ən diqqət çəkən CV-nin özəlliklərini aşağıdakı sözlərlə ifadə edir:

"Karyeram boyunca minlərlə CV incələdim və CV-lərdə ümumən oxşar problemler olduğunu deyə bilərəm. Ya diqqət dağıdacaq qədər uzun, ya da şəxsi tanımağa əngəl olacaq qədər qısadırlar. Yazı səhvləri, nizamsız görünüş kimi mənfi məqamlar isə ümumi problemdir. Hər şeyi ilə yaxşı olan bir CV-ni isə bir neçə il əvvəl incələmə fürsətim oldu və həqiqətən heyran qaldım. Əslində, 20 illik insan resursları karyeramda gördüyüm ən yaxşı CV-lərdən biri idi.


Niyə?

Oxunması rahat idi

Sətir boşluqları, bold olması gərəkən sözlər, başlıqlar, açıqlamalar, bir sözlə hər şey olması lazım olan kimi idi və tək bir hərf səhvi belə yox idi. Bəzəkli şriftlər yerinə (bir çox namizəd bunu edir) sadə və göz yormayan bir şriftə üstünlük vermişdi. (Calibri, T. N. Roman vb. )

Bir hekayə danışırdı

Namizədin karyera səyahətinə dair bir hekayə danışırdı və hər şey xronoloji olaraq sıralanmışdı. İfadələri arasında heç bir ziddiyyət yox idi. CV-ni incələdiyimdə karyera həyatı ilə bağlı bir çox şey sürətlə beynimdə formalaşdı.

Sadəcə bacarıqları deyil, uğurları da var idi

İş təsviri siyahılarından kopyalanaraq yapışdırılan məlumatlar ilə HR mütəxəssislərinin diqqətini çəkmək həqiqətən çətindir. İşəgötürənlərin əsas bilmək istədikləri, namizədin ortalamanın üzərində olub-olmamasıdır. Bu nöqtədə, qazanılan uğurları vurğulamaq ən yaxşısıdır.

Həqiqəti danışırdı

Hər şey inandırıcı idi və şişirdilmiş deyildi. CV-də şəxsin portfoliosunun yerləşdiyi vebsayta linklər də yer almışdı.

Hansısa bir şablon yox idi

Yaradıcı, çalışqan, nəticə yönümlü, ünsiyyətcil kimi ümumi və sözlər yox idi.

Məsələn; "Ünsiyyətcil" yerinə "Müştəri ilə iclaslarda və ya tədbirlərdə çıxışlarından bəhs edirdi."  "Çox yaradıcı" yerinə "Qlobal tətbiqetmə üçün monitorinq platforması hazırladı" deyirdi…

Özünüzü işəgötürənlərə tanıtdığınız bu ilk mərhələyə hazırlıqlı olmaq üçün CV-nizi yenidən gözdən keçirməyinizi tövsiyə edirəm. Düzəldilməmli olan yerlərə bir də bu tərəfdən baxmağınızda fayda var.

Namizədin işə qəbul olub-olmadığı ilə maraqlananlar üçün dərhal deyim: Əlbəttə ki işə qəbul olundu.



Oxşar yazılar