Xəzinədar

Xəzinədar

Kredit Evi QSC
  • Şəhər

    Ağcabədi

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    10 sentyabr 2020

  • Bitmə tarixi

    10 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Xəzinədar vakansiyaları üçün bura keçid edin!

- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması

- Müştərilərə xəzinə xidməti göstərilməsi.

- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.

- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması

- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.

- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Namizədə tələblər:

- Yaş həddi: 21-30 yaş

- Cins: Qadın

- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);

- İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);

- Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı

- Nağd pulla intensiv işləmə bacarığı;

- Gərgin iş qrafikində işləmək bacarığı;

- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;

- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;

- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

- İşdə dəqiqlik və detallara diqqətlilik.

- Müştərilərlə xoş ünsiyyət bacarığı

Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağcabədi - Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #839567

  • 2966

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox