Vaxtı bitib

Veb proqramçı

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 12 iyul 2020
Diqqət!

Bu elanın vaxtı bitib. Veb dizayner vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Biznes proseslərin təsvirini əks etdirən texniki sənəd (və ya use case) əsasında proqram təminatının hazırlanması;
• Proqram təminatı hazırlayarkən kodların beynəlxalq standartlara uyğun oxunaqlı yazılması və parallel olaraq sənədləşdirilməsi;
• Mövcud proqram təminatları üzrə dəyişikliklərin tətbiqi və dəstəklənməsi;
• Proqram təminatının test mərhələsində olarkən dəstəklənməsi və müvafiq düzəlişlərin edilməsi;
• Agile (Scrum) metologiyası və prinsipləri əsasında proqram təminatının hazırlanması.

Bizim üçün ideal namizəd:

• HTML, CSS, LESS SASS, JavaScript, TypeScript, Angular və ya React, Node.js, npm, ajax, Web API ilə sərbəst işləmə bacarığı olan;
• Web security və Web servis üzrə biliklərə (Rest/Soap) sahib;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikərə malik;
• Bank məhsulları haqqında anlayışı olan (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Veb proqramçı (İT departament)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Veb proqramçı üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Veb proqramçı vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Veb proqramçı vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

29

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ