Bakı, PBT2 (Port Baku Tower 2),
Texnologiya
Razılaşma ilə
14 avqust 2026
04 sentyabr 2026
Performance Lead məhsul komandalarının effektivliyinə, dəyərin keyfiyyətli və sürətli şəkildə çatdırılmasına, həmçinin proseslərin və komanda yetkinliyinin inkişafına cavabdehdir. Bu, həm ayrı-ayrı komandalar, həm tribe-lər, həm də bütövlükdə təşkilat səviyyəsində təsir və dəyişiklik yaratma roludur.
+ ' ' +Məhsul komandalarında Scrum Master, Agile Coach, Project Manager / IT Project Manager və ya oxşar rolda 2-3 il iş təcrübəsi;
Agile framework-lər (Scrum, Kanban, Lean və s.) üzrə dərin anlayış və praktiki iş təcrübəsi;
PSM I, PSPO I sertifikatlarının olması (Scrum.org);
Komandaların və ya tribe-lərin sıfırdan qurulması və işə salınması təcrübəsi;
Güclü fasilitasiya, mentorluq və kouçinq bacarıqları;
Əla kommunikasiya bacarıqları və stakeholder-lərlə işləmək bacarığı;
Proseslərin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təsdiqlənmiş təcrübə;
Dəyişikliklərə uyğunlaşmağa və komandaları və təşkilatı transformasiya proseslərindən keçirməyə hazır olmaq.
+ ' ' +Məhsul komandalarında delivery proseslərinin keyfiyyətini və sürətini təmin etmək (əməkdaşlıq, məhsul və mühəndislik prosesləri);
Product Owner-ləri və development komandalarını discovery, delivery və backlog-un prioritetləşdirilməsi proseslərində müşayiət etmək və kouçinq etmək;
Komandanın, domenin və şirkətin kontekstini nəzərə alaraq biznes nəticələrinə nail olmaq üçün ən effektiv yanaşma və praktikaları təklif etmək;
Komandalara Definition of Done (DoD) tələblərinə uyğun, dəyər yaradan məhsul inkrementlərinin yaradılmasına fokuslanmağa kömək etmək;
Effektiv komanda əməliyyat modelinin qurulmasına, özünüidarənin və davamlı delivery ritminin inkişafına dəstək olmaq;
Proqresə və delivery sürətinə təsir edən blocker və maneələri müəyyən etmək və onların aradan qaldırılmasına kömək etmək;
Komandaların dəyişikliklərə uyğunlaşmasına və inkişaf etməsinə dəstək olaraq, komanda səviyyəsində dəyişikliklərin təşəbbüskarı kimi çıxış etmək;
Komandalar, stakeholder-lər və əlaqəli məhsul və ya platforma komandaları arasında effektiv kommunikasiya və şəffaf əməkdaşlığı təmin etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Tribe Performance Lead (Scrum master) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.