Tərəfdaşlar ilə əməkdaşlıq üzrə nümayəndə

Tərəfdaşlar ilə əməkdaşlıq üzrə nümayəndə

Prosper LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış

  • Maaş

    700 - 800 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    19 oktyabr 2023

  • Bitmə tarixi

    18 noyabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Tərəfdaşlar ilə əməkdaşlıq üzrə nümayəndə vakansiyaları üçün bura keçid edin!

İşin təsviri:
"Peşəkar" İnkişaf Mərkəzi (PİM) layihəsi çərçivəsində hal-hazırda peşə hazırlığı kursları təşkil olunur. Kurs müddətində insanların bilik və bacarıqları artır və sənət sahibi olurlar, həmçinin onlara işlə təminatda dəstək göstərilir.

Eyni zamanda PİM-in fəaliyyəti iaşə obyektlərinə (restoran və kafelərə) işçi tapmaqda, təcrübəçiləri cəlb etməkdə və onların xərclərini qarşılamaqda dəstək olur.

PİM iaşə obyektlərinə tədris tərəfdaşı olaraq ödənişsiz təcrübəçi cəlb etməkdə və təcrübəçilərə 345₼ təqaüd təmin etməklə, restoranların əməkhaqqı fonduna qənaət etməkdə dəstək olur.

Eyni zamanda, PİM-in kurslarını bitirmiş, iaşə sahəsində mütəxəsislərdən ibarət (aşpaz, barmen, barista, qənnadçı və s) CV bankı mövcuddur. İaşə obyektlərinə əməkdaş lazım olanda, kadr.peshekar.org saytına daxil olaraq işçi tapmaq mümkündür. Eyni zamanda PİM-in işlə təminat şöbəsi uzaqdan recrutinq xidmətləri təqdim etməklə, restoranlara ödənişsiz olaraq vakansiya tələblərinə uyğun namizədlər tapmaqda dəstək olur.

Bu iş çərçivəsində sizin hədəfiniz iaşə obyektləri ilə görüşlər keçirib, onlara PİM-in verdiyi faydalar barəsinə məlumat vermək,  təlimatlandırmaqdır və tərəfdaşlıq haqqında məlumat verməkdir.
Xidmətlər tamamilə ödənişsiz olduğundan, satış tipli görüşlər keçirməyə ehtiyac yoxdur, təlim tipli görüşlərin keçirilməsinə ehtiyac var.

Vəzifə öhdəlikləri:
Kafe, rəstoran və digər iaşə obyektlərinə baş çəkmək;
Görüşdən əvvən məkanın çöldən şəkilini çəkib mobil tətbiqə əlavə etmək;
Görüş zamanı:
"Peşəkar" İnkişaf Mərkəzi barəsində qısa məlumat vermək;
Ödənişsiz CV bankı (kadr.peshekar.org) barəsində məlumat vermək və istifadəsi üzrə təlimatlandırmaq;
İaşə obyektinin mövcud vakansiyalar barəsində məlumat almaq və mobil tətbiqdə əlavə etmək;
Ödənişsiz təcrübə proqramı barəsində məlumat vermək, mobil tətbiqdə qeyd etmək.

Tələblər:
• Azərbaycan və rus dillərində sərbəst danışmaq;
• Təqdimat və təlimatlandırma təcrübəsinin və/və ya bacarıqların olması;
• Məlumatlar ilə səliqəli işləmək, detallara fikir vermək;
• Şəhəri yaxşı tanımaq vəya Google maps-dan orta səviyyədə istifadə edə bilmək.

Qeyd: Aylıq 120 azn yol xərcləri və 20 azn kontur xərcləri, həmçinin forma, promo materiallar  şirkət tərəfindən təmin edilir. 
 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox