Tələbələrlə iş üzrə administrator

Tələbələrlə iş üzrə administrator

StudyLab
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    07 sentyabr 2021

  • Bitmə tarixi

    07 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Tələbələrlə iş üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

• Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi)
• Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək)
• Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
• Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
• Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması
• Plan göstəricilərinin yerinə yetirilməsi
• Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi
• Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.)
• Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər)
• Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması
• Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi
• Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
• Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
• Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
• Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
• Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər:

• Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
• Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
• İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00) (bəzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ).
• İş qrafiki 6 gün, 1 gün istirahət
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Namizədə tələblər:

• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;

• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;

• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;

• MS Office (Word, Excel) proqramları üzrə biliklər

• Ali təhsil müəssisəsinin məzunu olmaq;

• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;

• Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.

• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);

• Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “HELLOJOB TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox