Yeni

Aparıcı layihə meneceri

Vakansiya haqqında

Təsvir

Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur.


  • Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
  • Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə edilməsi;
  • Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin aparılması;
  • Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə olunması;
  • Layihə məqsəd və nəticələrinin təşkilatın strateji prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi;
  • Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi;
  • Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf kommunikasiya mühitinin təmin edilməsi;
  • Komanda motivasiyasının qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin təşviqi.


Tələblər

  • Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
  • Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv idarə olunması üzrə təcrübə;
  • Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyaları üzrə dərin bilik və praktik təcrübə;
  • Maraqlı tərəflərlə effektiv ünsiyyət və qərarvermə bacarığı;
  • Komandaya liderlik və mentorluq bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi;
  • Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş təcrübəsi;
  • İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik;
  • Superset, Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarığı;
  • PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
  • Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab olunur;
  • Məsuliyyətlilik, detallara diqqət və operativlik.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — Layihə meneceri vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyası üzrə iş Bakıda yerləşir.

Son müraciət tarixi nədir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasına son müraciət tarixi 29 noyabr 2026-dır.

Necə müraciət etmək olar?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasında rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasında namizəddən Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyalarını bilmək, Jira kimi tapşırıq idarəetmə sistemləri ilə işləmək, maraqlı tərəflərlə ünsiyyət və qərarvermə, komandaya liderlik və mentorluq, təqdimat bacarığı tələb olunur. Bu vakansiyada PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikat mütləqdir.

Təhsil tələbi varmı?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasında ali təhsil tələb olunur. Bu vakansiyada təhsil İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə olmalıdır.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri vakansiyasında ən azı 2–3 il iş təcrübəsi tələb olunur.

Gələcək Aparıcı layihə meneceri vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

17

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ