Vakansiya haqqında
Təsvir
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
• Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla material planlamasının hazırlanması;
• Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı olduğu rəhbərə bildirilməsi;
• Xammal və materialların vaxtında təmin edilərək istehsala daxil olmasının izlənməsi;
• İstehsal planlarına uyğun iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi;
• İstehsal planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
• Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması;
• Hazır məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
• İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət edilməsi;
• Planlama üzrə analitik hesablamaların aparılması və digər struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması;
• Rəhbərlik tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Namizədə tələblər:
• Ali təhsil;
• İş təcrübəsi mebel sahəsi üzrə 2 ildən artıq ;
• Tapşırıqların prioritetləşdirilməsi bacarığı;
• Vaxt idarəetməsi və operativlik bacarığı;
• Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı;
• Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı;
• Stressə davamlılıq;
• Analitik və təhliletmə bacarığı;
• Komandada işləmək bacarığı
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!