Vakansiya haqqında
VR Media Marketinq agentliyinin video montajçı komandasına ödənişli əsaslarla təcrübəçi video montajçı axtarırıq. Peşəkar montajçıların yanında həm biliklərini təkmilləşdirəcək həm də gedişatda tam maaşlı əməkdaş olmaq şansı qazana bilər.
Tələblər:
- Çəkilmiş videoların kəsilməsi və montajı (Reels, TikTok, YouTube Shorts, TV üçün qısa roliklər və s.)
- Kadrlara uyğun musiqi seçilməsi Sadə keçidlər, titrlər və yazıların əlavə olunması
- Səsin təmizlənməsi və səviyyələrinin balanslaşdırılması
- Sadə rəngkorreksiya (color correction)
- Müştəri və komanda feedbackinə uyğun düzəlişlərin edilməsi - Bütün bunlar peşəkar montajçıların dəstəyi ilə həyata keçiriləcək.
İş yeri:
- Abbas Mirzə Şərifzadə 1
- Qrafik: 11:00-18:00
- Təcrübə müddəti: 3 ay
- Təcrübə müddətində ödəniş: 150-200 azn
Üstünlük veriləcək:
- Kiçik də olsa hazır portfolionun olması (Reels, TikTok, YouTube Shorts və s.)
- Foto / video çəkilişdə minimal təcrübə
- Dizayn zövqünün və estetik baxışının olması
Maraqlananlar info@vrproduction.az mailinə cv və varsa portfolio göndərə bilərlər. Hər hansısa sual yarandıqda +994 55 435 94 30 whatsapp nömrəsinə də yaza bilərsiz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!