Vakansiya haqqında
Redmark Agency olaraq komandamızı genişləndiririk və yaradıcı, öyrənməyə açıq Junior SMM mütəxəssisi axtarırıq!
Vəzifə öhdəlikləri:
Müştəridən gələn briefləri dizayn və videomontaj komandasına düzgün ötürmək, paylaşımların hazırlanıb təsdiqlənmə prosesində körpü olmaq.
Paylaşımları uyğun platformalarda (Instagram, Facebook, TikTok, LinkedIn, YouTube) planlaşdırmaq və vaxtında yayımlamaq;
İzləyicilərin şərh və mesajlarına nəzarət etmək;
Trendləri və rəqiblərin fəaliyyətini izləmək;
Aylıq hesabatların və statistik analizlərin hazırlanmasına dəstək olmaq;
Aylıq kontent planlarının hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
1-2 il SMM və ya marketinq sahəsində təcrübə (təcrübəsi olmayan, amma güclü portfoliosu olan namizədlərə də baxılacaq);
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
Əsas sosial media platformalarının alqoritmlərini və formatlarını bilmək;
Meta Business Suite ilə işləmə təcrübəsi;
Yaradıcı düşüncə, trendləri hiss etmək;
Məsuliyyətlilik, vaxtın idarə edilməsi və komandada işləmə bacarığı.
Biz nə təklif edirik?
Tibb sektorunda ixtisaslaşmış agentlikdə real təcrübə;
İllik KPI bonusu;
Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit;
Peşəkar inkişaf və rəqbətli əmək haqqı;
Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti.
Ünvan: Bakı, Ağ şəhər, İlqar Mirzəyev küçəsi.
İş saatları: 09:00 - 18:00.
Əmək haqqı: 500-700 AZN (bilik, bacarıq və təcrübəyə əsasən təyin ediləcək.).
Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını info@redmark.az elektron ünvanına göndərmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!