Vakansiya haqqında
Tələblər:
- PHP, HTML və alqoritmləşdirmə üzrə təməl bilikləri olan
- Database – haqqında təməl biliklərə malik olan
- jQuery, JavaScript nə olduğu haqqında anlayışı olan
- Ən az bir PHP framework (Codeigniter, Laravel, Symfony, Yii, Yii 2, Phalcon, Zend) anlayışı olan
- Test üçün yığılmış proqramlardan referans verə bilən
Təcrübənin məqsədi:
- Proqramlaşdırma və alqoritm üzrə biliklərin təkmilləşdirilməsi
- Mövcud layihələrə dəstək vermək
- Mövcud vebsaytlarda yeni tələblərə uyğun olaraq müvafiq əlavə və dəyişikliklər etmək
Təcrübə proqramının tövhələri:
- Korporativ mühitə uyğunlaşma və komanda ilə işləmə
- Startup və Kreativ agentlik təcrübəsi
- Real layihə üzərində vaxt və iş bölgüsünün öyrənilməsi
İş qrafiki: 5 gün;
İş saatları: 09:00-dan 18:00-dək;
Nahar fasiləsi: 13:00-dan 14:00-dək;
3 aylıq təcrübə uğurlu nəticələndiyi təqdirdə əmək haqqı təyin olunacaq.
CV-lərinizi “veb developer” başlığı altında cv@hellodigital.az ünvanına göndərə bilərsiniz
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!