A

Təcrübə proqramı (ödənişli)

ABTC MMC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Təcrübə proqramı (ödənişli) vakansiyaları üçün bura daxil olun.

Elan № 7076

Təcrübə proqramı (ödənişli) vakansiyaları

Təcrübə proqramı (ödənişli) vakansiyaları

27 Sentyabr 2021

Elan tarixi

27 Oktyabr 2021

Bitmə tarixi

7616

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Təcrübəçi

Vəzifə

Tam-ştat

İş rejimi

Xidmət

Sahə

Logistika

Kateqoriya

İş barədə məlumat

Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan, karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik gənclər üçün anbar əməliyyatları və satış sahələrində ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Anbar, satış sahələrində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

• Cari müştərilərə xidmətin göstərilməsi;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• PR və promo aksiyalarda iştirak;
• Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
• Görüş və təqdimatların təşkili;
• Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
• Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 30 sentyabr 2021-ci il tarixinədək cv@absheronport.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

NamİZƏDƏ TƏLƏBLƏR

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Logistika vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 7076

Təcrübə proqramı (ödənişli) vakansiyaları

Təcrübə proqramı (ödənişli) vakansiyaları

27 Sentyabr 2021

Elan tarixi

27 Oktyabr 2021

Bitmə tarixi

7616

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"