Təcrübə proqramı

Təcrübə proqramı

GL ASC
  • Şəhər

    Bakı, Bakı şəh., S. Vurğun küç., 60

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    200 - 400 AZN

  • İş rejimi

    Yarım-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 sentyabr 2025

  • Bitmə tarixi

    16 oktyabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübə proqramı vakansiyaları üçün bura keçid edin!

“GL” ASC (Sizin Lombard) – Bakı və Region filialları üzrə Əmək Haqqı + Bonuslu Satış Məsləhətçisi Vakansiyası üçün Təcrübə Proqramı

Proqram haqqında:

  • Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
  • Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
  • İmtahan nəticələrinə əsasən:
    • Namizədlərə tam ştat və ya yarımştat Satış Məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
    • Yarımştat Satış Məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:

  • Tam ştat üçün: Başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
  • Yarımştat üçün: Başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək.
  • Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək.
  • Təlimçi və mentorla interaktiv işləmək.
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Tələblər:

  • Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir).
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər.
  • Öyrənməyə açıq olmaq.
  • Hədəflərlə işləməyi bacarmaq.
  • Pozitiv ünsiyyət bacarığı.
  • Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı.
  • Təcrübəçilərə Bakı və Regionda təcrübə proqramında iştirak etmək imkanı.
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması.
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi.
  • Əmək haqqı + bonus.

Müraciət Qaydası:
Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
📧 vakansiya@glasc.az

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

 

Əlaqə:
📍 Ünvan: Bakı şəh., S. Vurğun küç., 60
📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: vakansiya@glasc.az

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox